Icma.az
close
up
RU
Azərbaycan maliyyə təhlükəsizliyi ehtiyatını qoruyur İqtisadçı

Azərbaycan maliyyə təhlükəsizliyi ehtiyatını qoruyur İqtisadçı

525.az saytına istinadən Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin son çıxışında səsləndirilən rəqəmlər ölkə iqtisadiyyatının qarşıdakı dövr üçün əsas istiqamətlərini göstərir. Azərbaycanın valyuta ehtiyatları 90 milyard dollara çatıb, xarici dövlət borcu isə ÜDM-in cəmi 5,6%-ni təşkil edir. 2027-ci ildə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması nəzərdə tutulur. Son iki Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dolları ötür. Azərbaycanın tranzit potensialı da böyüyür – bu il ölkə ərazisindən keçəcək yüklərin həcminin 16 milyon tona çatacağı gözlənilir. Enerji sektorunda da yeni imkanlar formalaşır. Prezidentin açıqlamasına görə, yeni qaz kontraktlarından yalnız biri əlavə 5 milyard kubmetr qaz nəzərdə tutur. Neft məhsulları üzrə isə ümumi potensial 30 milyon ton səviyyəsində qiymətləndirilir. Bu rəqəmlərin iqtisadi mənası kifayət qədər böyükdür”.

Bunu 525.az-a iqtisadçı ekspert Eyyub Kərimli bildirib. Ekspert qeyd edib ki, Azərbaycan bir tərəfdən maliyyə təhlükəsizliyi ehtiyatını qoruyur, digər tərəfdən enerji, logistika və investisiya imkanlarını genişləndirir:

“Məncə, növbəti mərhələnin əsas hədəfi bu maliyyə və enerji gücünün daha yüksək qeyri-neft artımına, yeni iş yerlərinə, məhsuldarlığa və əhalinin real gəlirlərinin yüksəlməsinə çevrilməsi olmalıdır. Çünki iqtisadi güc yalnız ehtiyatların və investisiyaların həcmi ilə deyil, nəticədə vətəndaşın rifahında nə qədər hiss olunması ilə ölçülür”.

Sevinc Qarayeva 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Oktyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri