“Azərbaycan mallarının Ermənistan ərazisindən və əksinə tranziti təşkil edilə bilər” Mirzoyan
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycan və Ermənistan tərəfləri sülh müqaviləsi imzalamağa yaxındırlar. Bu, ümid və inam anıdır. İki dövlətin və cəmiyyətimizin faciəli keçmişinə baxmayaraq, düşmənçilik səhifəsini çevirmək şansı var. Ötən günlər olduqca çətin keçib. Anlamaq, unutmaq, bağışlamaq çətindir, amma bölgəmizdə kifayət qədər qan tökülüb və indi gələcəyə baxmaq imkanımız var”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın “Lannen Media” xəbər agentliyinə müsahibəsində deyib.
Kommunikasiyaların açılması məsələsinə gəlincə, Mirzoyan qeyd edib ki, Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olacaq qərarlara gələ bilərlər:
“Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə biz dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 09 Dekabr 2024 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















