Icma.az
close
up
RU
Azərbaycan MDB ölkələri ilə turizm sahəsində şəbəkələşmə platformasının yaradılmasını təklif edib

Azərbaycan MDB ölkələri ilə turizm sahəsində şəbəkələşmə platformasının yaradılmasını təklif edib

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Azərbaycan MDB ölkələrinə turizm sahəsində "Tourism Educational Network" kimi şəbəkələşmə platformasının yaradılması təşəbbüsünü irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Rusiyanın Sankt-Peterburq şəhərində "Beynəlxalq Peterburq turist forumu - Travel Hub 2024" çərçivəsində keçirilən “Müstəqil Dövlətlər Birliyinin turizm sahəsində vahid hüquqi məkanının yaradılması: çağırışlar, müsbət təcrübə və perspektivlər” mövzusunda dəyirmi masada deyib.

K. Quluzadə, bu yeniliyin sənayenin mütəxəssislərini birləşdirərək, turizm sahəsi üzrə müasir tələblərə cavab verən kadrların hazırlığına və təhsil prosesinə töhfə verəcəyini bildirib.

O, Azərbaycanla digər ölkələr arasında mövcud viza rejimləri, region ölkələri ilə birgə turizm marşrutlarının yaradılması və kadr hazırlığı kimi məsələlər haqqında məlumat verib. K. Quluzadə, həmçinin Avrasiya Dağ Kurortları Alyansı və Türk Dövlətləri Xizək Kurortları İttifaqı kimi birliklərin, İpək yolu üzrə turizm marşrutlarının, Xəzər dənizində kruiz səfərlərinin təşkilinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.

Tədbirdə üzv ölkələrin dövlət orqanlarından və beynəlxalq təşkilatlardan rəsmi nümayəndələr, turizm sənayesinin təmsilçiləri, o cümlədən beynəlxalq hüquq və turizm üzrə ekspertlər iştirak edib.

Tədbirdə region ölkləri üzrə turizm əlaqələrinin inkişafı, beynəlxalq marşrutların yaradılması, təhlükəsizlik və xidmət keyfiyyəti, vahid turizm məkanının formalaşdırılması kimi məsələlərə dair müzakirələr aparılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see259

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see246

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see229

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see172

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see168

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see157

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see147

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see141

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see136

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see132

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see130

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see130

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see125

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see124

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see123

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri