Icma.az
close
up
RU
Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Kurumu ilə birgə ana dilimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək

Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Kurumu ilə birgə ana dilimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 23 aprel, AZƏRTAC

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ana dilimizin, ədəbiyyatımızın qardaş ölkədə təbliği məqsədi ilə Türkiyənin aparıcı qurumları, universitetləri, mərkəzləri ilə ortaq layihələr həyata keçirir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Dil Qurumu arasında birgə əməkdaşlığa dair yol xəritəsinin hazırlanması razılaşdırılıb.

Tərəflər Azərbaycan dilinin, ədəbiyyatının qardaş ölkədə təbliği, klassik irsimizin Türkiyə türkcəsinə tərcüməsi, nəşri, bu mövzuda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunan kitablarının daha geniş təbliği və yayılması məqsədilə birgə addım atacaqlar. Həmçinin Türkiyənin universitetlərində Azərbaycan poeziyasına aid birgə şeir, poeziya gecələrinin təşkili, Azərbaycan dilinin tədrisi məqsədilə Azərbaycan Mədəniyyət Mərkəzinin Ankarada yaratdığı Azərbaycan dili kurslarının fəaliyyətinin təkmilləşdirilməsi, kurslara akademik dəstək, dahi şairlərimiz, Türk dünyası ədəbiyyatının tanınmış nümayəndələri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai irsinin tanıdılması, Azərbaycan və Türkiyəli Nizamişünas alimlərin iştirakı ilə il ərzində birgə simpoziumun təşkili və digər layihələrin həyata keçirilməsinə dair birgə iş aparacaqlar.

Bununla əlaqədar, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Dil Kurumunun rəhbəri Osman Mert arasında görüş keçirilib, gələcəkdə ortaq dəyərlərimiz, ana dili və ədəbiyyatımıza dair qalıcı layihələrin həyata keçirilməsi müzakirə olunub.

Qeyd edək ki, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumuna bağlı Türk Dil Qurumunun zəngin kitabxanası fəaliyyət göstərir ki, sözügedən kitabxanaya Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycana dair zəngin kitab kolleksiyası da hədiyyə olunacaqdır.

Osman Mertə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ilk dəfə orijinaldan Türkiyə türkcəsinə tərcümə olunmuş Nizami Gəncəvinin “Xəmsə”sinə aid əsərləri hədiyyə olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see408

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see170

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri