Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanın millətlərarası münasibətlər Komitəsi ilə birgə layihələr həyata keçirəcək
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi Vüqar Məmmədov arasında görüş keçirilmişdir.
Newscenter.az xəbər verir ki, görüşdə bildirilmişdir ki, xalq diplomatiyası bu gün dövlətlər və xarici tərəfdaşlar arasında etimadın, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmləndirilməsinin effektiv vasitəsi kimi getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycanı və Özbəkistan çoxəsrlik qohumluq əlaqələri, ümumi tarixi, mədəniyyəti və mənəvi dəyərləri ilə birləşdirən xalqlardır. Söhbət zamanı iki dövlət liderlərinin siyasi iradəsi sayəsində Özbəkistan ilə Azərbaycan arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdığı, müttəfiqlik, qarşılıqlı etimad və hörmət əsasında möhkəmləndiyi vurğulanıb.
Danışıqların yekunlarına əsasən təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi, birgə tədbir və layihələrin həyata keçirilməsi və s. təkliflər irəli sürülmüş, müvafiq razılaşmalar əldə edilmişdir.
Süleyman

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi ilə birgə layihələr reallaşdıracaq
03 Fevral 2025 11:17
Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Kurumu ilə birgə ana dilimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək
23 Aprel 2025 11:29
Özbəkistanın hərbi qulluqçuları Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində
02 Dekabr 2024 16:39
Özbəkistanın hərbi qulluqçuları Daşkənddəki Azərbaycan Mədəniyyət mərkəzində
02 Dekabr 2024 16:59
Özbəkistanın mədəniyyət naziri Bakıda
03 İyul 2025 11:10

