Icma.az
close
up
RU
“Azərbaycan Mədəniyyəti 2040” Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi

“Azərbaycan Mədəniyyəti 2040” Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər müəyyənləşdirilib.

Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Konsepsiyanın 2026–2030-cu illər üzrə həyata keçirilməsini nəzərdə tutan Tədbirlər Planının ayrı-ayrı bəndləri ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb. Bu prosesə Ədliyyə, İqtisadiyyat, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Turizm Agentliyi, Əqli Mülkiyyət Agentliyi, AMEA, eləcə də “İçərişəhər” və Şuşa Dövlət Qoruqları da cəlb olunub.

Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası da Tədbirlər Planının icrası ilə bağlı müvafiq yarımbəndlər üzrə təkliflərini müəyyən olunmuş müddətlərdə hökumətə təqdim etməlidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə Konsepsiyanın icrasının monitorinqi və qiymətləndirilməsi üçün Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində xüsusi modulun yaradılması tapşırılıb. Monitorinq və qiymətləndirmə prosesinin 2027-ci ildən etibarən illik əsasda həyata keçirilməsi nəzərdə tutulur.

Tədbirlər Planının əsas icraçı qurumları məsul və cavabdeh şəxsləri müəyyən etməli, illik hədəf indikatorlarını hazırlamalı və layihələr üzrə məlumatları rüblük və illik əsasda elektron sistemə yerləşdirməlidirlər.

Konsepsiyanın icrasının əlaqələndirilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında İşçi qrup formalaşdırılacaq və ildə iki dəfə icra vəziyyəti müzakirə ediləcək.

Tədbirlər Planında nəzərdə tutulmuş layihələrin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi hallarında Maliyyə və İqtisadiyyat nazirlikləri xərclər barədə məlumatların elektron sistemdə yerləşdirilməsini təmin edəcək.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Yanvar 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see272

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see174

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see170

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see152

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri