Icma.az
close
up
RU
Azərbaycan məhsulları Aktau şəhərində keçirilən beynəlxalq forumda təqdim olunub FOTOLAR

Azərbaycan məhsulları Aktau şəhərində keçirilən beynəlxalq forumda təqdim olunub FOTOLAR

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Aktau şəhərində “Manqistau vilayətinin ticarət potensialı” mövzusunda beynəlxalq forum keçirilib. SİA Azərbaycanın Aktaudakı baş konsulluğuna istinadən xəbər verir ki, tədbirdə Manqistau vilayətinin akim müavini Tilek Jetkizqenulı çıxışında vilayətin nəqliyyat-logistika imkanları, ticarət infrastrukturunun inkişafı və ixrac potensialının artırılması barədə məlumat verib.

Akim müavini tədbirdə, həmçinin Aktau şəhərində akkreditə olunan Türkiyə, Türkmənistan, Özbəkistan və İranın Baş Konsulluqlarının rəhbərlərinə, eləcə də Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlıya vilayətin sosial-iqtisadi inkişafına verdikləri dəstəyə görə təşəkkür məktubları təqdim edib.

Forum çərçivəsində iki istiqamət üzrə panel sessiyaları keçirilib. Birinci panel sessiyası “İxrac potensialı”, ikinci panel sessiyası isə “Maliyyə dəstək alətləri” mövzularına həsr olunub. Sessiyalarda kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün yeni mexanizmlər və Qazaxıstan İxrac-Kredit Agentliyinin təqdim etdiyi dəstək alətləri müzakirə edilib.

Forum çərçivəsində, həmçinin yarmarka təşkil edilib. Baş Konsulluğun təşkilatçılığı ilə yarmarkada ölkəmizi “KazFruit” şirkəti və “Grandmart” marketi təmsil edib, ziyarətçilərə dadlı meyvələr və ölkəmizdə istehsal olunan ərzaq məhsulları təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Noyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri