Icma.az
close
up
RU
Azərbaycan məhsulları “MÜSİAD Expo” və “Halal Expo” sərgilərində

Azərbaycan məhsulları “MÜSİAD Expo” və “Halal Expo” sərgilərində

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycan sahibkarları İstanbulda keçirilən “MÜSİAD Expo” 20-ci Beynəlxalq Ticarət Sərgisində və “Halal Expo” Sərgisində iştirak ediblər. SİA xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sərgilərdə ümumilikdə 20-yə yaxın yerli sahibkarın məhsul və xidmətləri nümayiş olunub. Müvafiq sərgilərdə qurulan xüsusi stendlərdə qida, sənaye, alternativ və bərpaolunan enerji, parfümeriya sahələrində məhsullar və xidmətlər sərgilənib. Həmçinin stendlərdə KOBİA və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, sahibkarlara göstərilən dəstək və xidmətlərə dair məlumat verilib. Türkiyənin ticarət naziri Ömər Bolat və Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev stendləri ziyarət ediblər.

KOBİA nümayəndələri halal sənayesi üzrə maraqlı tərəfləri bir araya gətirən, müvafiq sahədə yeni imkanların və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi 10-cu Dünya Halal Sammitində iştirak ediblər. Tədbirin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov halal sənayenin davamlı inkişafı üçün əməkdaşlığın və innovasiyaların vacibliyini qeyd edib, bu sektorun gələcək inkişafında etik standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb. Yaşıl texnologiyaların tətbiqinin ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azalda biləcəyini bildirən KOBİA sədri agentliyin yaşıl təşəbbüsləri və sahibkarlara dəstək alətləri barədə də məlumat verib.

Səfər çərçivəsində KOBİA nümayəndələri bir sıra görüşlər də keçiriblər. Dünya Halal Sammitinin və “Halal Expo”nun təşkilatçısı Yunus Ete, Malayziyanın sənayenin inkişafı nazirinin köməkçisi Datuk Andi Muhammed Suryady Bin Bandy, Sahibkarlığın İnkişafı və Kooperativlər Nazirliyinin müşaviri Saifuzzaman Abdul Rahman və Kiçik və Orta Sahibkarlığın İnkişafı Bankının baş direktoru Məhəmməd İbrahim, Seneqalın KOB-ların İnkişafı Agentliyinin baş meneceri Mari Roz Faye, İndoneziyanın Halal Sənayenin Gücləndirilməsi Mərkəzinin rəhbəri Nila Kumalasari ilə görüşlərdə KOB sahəsində əməkdaşlıq imkanlarına, KOB-ların gücləndirilməsi və yaşıl iqtisadiyyata keçidi, sahibkarlıq sahəsində innovasiyaların təşviqinə dair fikir mübadiləsi aparılıb.

KOBİA nümayəndələri səfər zamanı İstanbulda Azərbaycan investisiyası ilə qurulmuş və hazırda 20-dən çox ölkəyə məhsul ixrac edən “Helba Pharma” şirkətində istehsal prosesi ilə də tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Noyabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri