Icma.az
close
up
RU
Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD Expo” və “Halal Expo” sərgilərində nümayiş olunub AZƏRTAC

Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD Expo” və “Halal Expo” sərgilərində nümayiş olunub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan sahibkarları İstanbulda keçirilən “MÜSİAD Expo” 20-ci Beynəlxalq Ticarət Sərgisində və “Halal Expo” Sərgisində iştirak ediblər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sərgilərdə ümumilikdə 20-yə yaxın yerli sahibkarın məhsul və xidmətləri nümayiş olunub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, müvafiq sərgilərdə qurulan xüsusi stendlərdə qida, sənaye, alternativ və bərpaolunan enerji, parfümeriya sahələrində məhsullar və xidmətlər sərgilənib. Həmçinin, stendlərdə KOBİA və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, sahibkarlara göstərilən dəstək və xidmətlərə dair məlumat verilib. Türkiyənin ticarət naziri Ömər Bolat və Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev stendləri ziyarət ediblər.

KOBİA nümayəndələri halal sənayesi üzrə maraqlı tərəfləri bir araya gətirən, müvafiq sahədə yeni imkanların və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi 10-cu Dünya Halal Sammitində iştirak ediblər. Tədbirin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov halal sənayenin davamlı inkişafı üçün əməkdaşlığın və innovasiyaların vacibliyini qeyd edib, bu sektorun gələcək inkişafında etik standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb. Yaşıl texnologiyaların tətbiqinin ətraf mühitə təsiri əhəmiyyətli dərəcədə azalda biləcəyini bildirən KOBİA sədri agentliyin yaşıl təşəbbüsləri və sahibkarlara dəstək alətləri barədə də məlumat verib.

Səfər çərçivəsində KOBİA nümayəndələri bir sıra görüşlər də keçiriblər. Dünya Halal Sammitinin və “Halal Expo”nun təşkilatçısı Yunus Ete, Malayziyanın sənayenin inkişafı nazirinin köməkçisi Datuk Andi Muhammed Suryady Bin Bandy, Sahibkarlığın İnkişafı və Kooperativlər Nazirliyinin müşaviri Saifuzzaman Abdul Rahman və Kiçik və Orta Sahibkarlığın İnkişafı Bankının baş direktoru Məhəmməd İbrahim, Seneqalın KOB-ların İnkişafı Agentliyinin baş meneceri Mari Roz Faye, İndoneziyanın Halal Sənayenin Gücləndirilməsi Mərkəzinin rəhbəri Nila Kumalasari ilə görüşlərdə KOB sahəsində əməkdaşlıq imkanlarına, KOB-ların gücləndirilməsi və yaşıl iqtisadiyyata keçidi, sahibkarlıq sahəsində innovasiyaların təşviqinə dair fikir mübadiləsi aparılıb.

KOBİA nümayəndələri səfər zamanı İstanbulda Azərbaycan investisiyası ilə qurulmuş və hazırda 20-dən çox ölkəyə məhsul ixrac edən “Helba Pharma” şirkətində istehsal prosesi ilə də tanış olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri