Azərbaycan məhsullarının idxalına qadağa qoyularsa, itirən Rusiya olacaq
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyini istisna etməyərək deyib ki, əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək.
Doğurdanmı Azərbaycanın Rusiyadan iqtisadi asıllığı var? Qarşılıqlı ticarətdə potensial qadağalar hansı ölkəyə daha çox ziyan vura bilər?
Hər iki ölkənin yayımladığı statistika təsdiq edir ki, idxal qadağan edilərsə bundan uduzan tərəf Azərbaycan deyil, Rusiya olacaq. Belə ki, 2024-cü ildə Rusiya Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard 799 milyon dollar olub. Azərbaycan Rusiyadan 3 milyard 621 milyon dollarlıq mal idxal edib. Rusiyaya isə 1 milyard 178 milyon dollar mal göndərmişik. Bu isə o deməkdir ki, xarici ticarətdə Azərbaycanın Rusiya ilə 2 milyard 443 milyon dollarlıq mənfi saldosu var. Yəni, Rusiya Azərbaycan ilə ticarətdən yalnız ötən il 2 milyard 443 milyon dollar qazanc əldə edib. Deməli, qarşılıqlı ticarətdə istənilən qadağalar Azərbaycandan Rusiyaya daxil olan valyutanın həcmini azaldacaq. Bu isə o deməkdir ki, bundan daha çox Rusiyalı iş adamları ziyan görəcəklər.
Digər tərəfdən, Azərbaycanın Rusiya ixracı ölkəmizin ümumi ixracatının cəmi 4.4 faizini təşkil edir. Deməli, 26 milyard 338 milyon dollarlıq ixracatımızın 95 faizindən çox Rusiyadan kənar ölkələrə yönəlib. Bu isə o deməkdir ki, reallıq heç də Rusiyalı deputatın qeyd etidyi kimi deyil. Rəqəmlər təsdiq edir ki, hətta Rusiyanın Azərbaycandan idxalı qadağan edəcəyi halda belə bu ölkəmizin ixrac potensialına xüsusi təsir göstərməyəcək.
Rusiyadan Azərbaycana köçürülən pulların məbləğinə gəldikdə, həm əvvəlki illərdə, həm də bu ilin geridə qalan aylarında ciddi azalmalar qeydə alınıb. 2024-cü ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 496 milyon 753 min dollar pul köçürülüb. Bu isə əvvəlki illə müqayisədə 53 faiz azdır. Deməli, Rusiyadan remittensi, yəni pul köçürmə asıllığı da yoxdur. Nəzərə almaq lazımdır ki, remiTtensinin ÜDM-dəki payına görə Azərbaycan regionda ən yaxşı göstərciyə malik dövlətlərdəndir. Beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, Azərbaycanda bu göstərici 3 faizdən azdır. Deməli, bu istiqamətdə Azərbaycanın, nə Rusiyadan, nə də hər hansı digər bir ölkədə heç bir asıllığı yoxdur.
Göründüyü kimi, hətta Rusiyanın özünün statistik rəqəmləri belə Dumanın bəzi deputatlarının Azərbaycan ilə ticarət haqqında dediklərini təsdiqləmir. Hərdən statistikaya baxmaq lazımdır, cənablar.
Vüqar Bayramov, Milli Məclisin deputatı

Rusiya Azərbaycan şərablarının idxalına qadağa qoymağı nəzərdən keçirir
01 İyul 2025 14:11
Deputat Qurulev: Rusiya Azərbaycan mallarının idxalına qadağa qoya bilər
11 Avqust 2025 16:27
Rusiya avadanlıqların idxalına qadağa qoya bilər
05 Fevral 2025 17:02
Rusiya Ermənistandan gül idxalına qadağa qoydu
10 İyul 2025 12:55

