Azərbaycan Mərakeşdə “Kral VI Məhəmməd Kuboku” V beynəlxalq polo turnirində təmsil olunur
Icma.az, Azertag saytına istinadən bildirir.
Qahirə, 19 may, AZƏRTAC
Bu gün Mərakeşdə “Kral VI Məhəmməd Kuboku” V Polo Turniri start götürüb.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 25-dək davam edəcək tədbirdə Mərakeş komandası ilə yanaşı, Azərbaycan, Misir, ABŞ, Oman, İspaniya, Fransa və İngiltərə komandaları da yarışır.
Mərakeş Polo Federasiyanın yaydığı açıqlamada qeyd olunur ki, turnirdə müxtəlif ölkələrin polo komandaları azarkeşlərə rəqabət ruhu ilə yadda qalacaq maraqlı yarış təqdim edəcək.
Bu tədbir Azərbaycan millisi üçün də öz yüksək bacarıq və potensialını nümayiş etdirmək, polo idmanında beynəlxalq səviyyədə böyük komandalardan biri olduğunu bir daha göstərmək üçün yaxşı fürsətdir. Ölkəmizi bu mötəbər yarışda Elçin Camallı, Tərlan Qurbanəliyev, Əli Rzayev, Şahmar Nağızadə və Vahid Məmmədov təmsil edirlər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 19 May 2025 02:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















