Azərbaycan məscidlərində təyyarə qəzası qurbanlarının xatirəsi anılacaq
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılacaq.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Qeyd edilib ki, qəzada həlak olanların xatirəsi yad ediləcək, onların ruhları üçün dualar oxunacaq.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə mərhumların doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib, yaralananların tezliklə şəfa tapmasını arzuladığını diqqətə çatdırıb.
Xatırladaq ki, bu gün səhər saatlarında baş verən qəzadan hava gəmisində olan 67 nəfərdən 32-si sağ çıxıb.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.
MƏLUMAT YENİLƏNİR...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















