Icma.az
close
up
RU
Azərbaycan mətbəxi Hanoy qida mədəniyyəti festivalında təqdim olunub AZƏRTAC

Azərbaycan mətbəxi Hanoy qida mədəniyyəti festivalında təqdim olunub AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Pekin, 3 dekabr, AZƏRTAC

Vyetnam paytaxtı Hanoy şəhər meriyasının və Hanoy Dostluq Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Hanoy qida mədəniyyəti festivalı 2024” keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə, İtaliya, Braziliya, Cənubi Koreya, Əlcəzair, Argentina da daxil olmaqla bir neçə ölkənin Hanoydakı səfirliyi festivalda öz mətbəxini təqdim edib.

Azərbaycan pavilyonunda ölkəmizin qədim tarixi abidələrini, müasir infrastrukturunu və turizm potensialını nümayiş etdirən bannerlər, səfirlik tərəfindən Vyetnam dilində çap etdirilmiş kitab, broşür və digər təbliğat materialları, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini əks etdirən portretlər və ölkəmizə aid suvenirlər nümayiş olunub.

Səfirliyin dəvəti ilə Dünya Aşpazlar Assosiasiyasının üzvü, həmyerlimiz, tanınmış aşpaz David İsrafilovun bişirdiyi kabablar və digər ət yeməkləri, Hanoyda yaşayan həmyerlilərimizin hazırladığı yeməklər (dolma, Qarabağ kətəsi, dovğa və s.) qonaqlara təklif olunub. Azərbaycan pavilyonu 3 gün davam edən festival zamanı ən çox ziyarət edilən pavilyonlardan biri olub.

Vyetnamın Mədəniyyət, İdman və Turizm nazirinin müavini Ta Quang Donq Azərbaycan pavilyonuna yaxınlaşaraq, sərgilənən əşya və təbliğat materialları ilə yaxından tanış olub, mətbəx nümunələrimizdən dadıb.

Festival yerli sakinlər və turistlər tərəfindən böyük maraqla qarşılanıb, sosial şəbəkələrdə, eləcədə Vyetnam mediasında işıqlandırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri