Icma.az
close
up
RU
Azərbaycan Milli Xalça Muzeyində “Təbii Zəka / NI Natural Intelligence” sərgisi açılıb

Azərbaycan Milli Xalça Muzeyində “Təbii Zəka / NI Natural Intelligence” sərgisi açılıb

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 10-da Azərbaycan Milli Xalça Muzeyində “Təbii Zəka / NI - Natural Intelligence” adlı sərgi açılıb. 

XQ xəbər verir ki, sərgidə rəssamlar Ramil Aliev, Emin Mathers, Nərgiz Ramizqızı, Ramil Mammadli və Lenay Seidəli-zadənin incəsənət, elm və müasir texnologiyaları birləşdirən science art istiqamətində yaratdıqları instalyasiyalar, digital art, nano video art və performans əsərlər nümayiş olunur.

“Təbii Zəka / NI – Natural Intelligence” layihəsi texnoloji tərəqqinin, rəqəmsal mühitin və qlobal ekoloji dəyişikliklərin müasir insanın düşüncə tərzinə təsirini araşdırır. Ekspozisiyanın əsas mövzularını yaddaş, diqqət, qavrayış, insanın ətraf mühitlə əlaqəsi və rəqəmsallaşma dövründə fiziki reallıqdan və mədəni köklərdən tədricən uzaqlaşma prosesi təşkil edir. 

Layihədə Azərbaycan xalçası yaddaşın, simvolların və mədəni kodların daşıyıcısı kimi xüsusi yer tutur. Müəlliflər bu qədim sənəti müasir sosial, texnoloji və ekoloji proseslər fonunda yenidən interpretasiya ediblər.

Elm və incəsənətin qarşılıqlı əlaqəsini ön plana çıxaran sərgi tamaşaçıları insanın təbiət, öz bədəni, texnologiyalar və mədəni irslə münasibətlərinin necə dəyişdiyi barədə düşünməyə dəvət edir. 

Layihə Azad Mirzəcanzadə adına İnkişaf Proqramının qalibi olub və Atəş Hub platforması tərəfindən həyata keçirilir. Atəş Hub platformasının təsisçisi və mentoru Azərbaycanın Əməkdar rəssamı, kurator Sabina Şıxlinskaya, layihənin kuratoru Sofiya Frank, koordinatoru isə Aqnessa Tariverdiyevadır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və “Yaradıcı Mərkəz”in dəstəyi ilə keçirilən sərgi iyunun 14-dək ziyarətçilər üçün açıq olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri