Azərbaycan millisi ilə matçda qələbə haqda düşünürük Portuqaliya yığmasının baş məşqçisi
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Portuqaliyanın U-21 yığmasının baş məşqçisi Luis Freyre AVRO-2027-nin seçmə mərhələsinin D qrupunun açılış mərhələsində Azərbaycana qarşı Barseluşda keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, gənc mütəxəssis qələbə haqda düşündüklərini söyləyib:
"Azərbaycan adətən 5-4-1 sxemi ilə oynayır. Onların üç mərkəz müdafiəçisi və hücumda üç sürətli oyunçusu var. Bu komanda həmişə pressinqə can atmır. Onlar müdafiədə möhkəm oynamağı bilirlər. Biz daha intensiv oynamalı olacağıq. Topu tez hərəkət etdirməli və səbirli olmalıyıq, hücumlar üçün zona tapmalıyıq. Topu tez geri götürüb, oyunun tempini artırmalıyıq. Biz buna qadirik. Biz yalnız qələbə haqda düşünürük və gələcəyin komandasını qurmağı fikirləşirik".
Qeyd edək ki, Portuqaliya - Azərbaycan görüşü bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə 22:30-da start veriləcək.
saytlarin hazirlanmasi

