Azərbaycan millisinə 5 qol vurmuşdu İlin futbolçusu seçildi
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsveçdə 2024-cü ilin ən yaxşı futbolçusu açıqlanıb.
QOL.az xəbər verir ki, milli komandanın və "Sportinq"in (Portuqaliya) hücumçusu Viktor Qyökereş səsvermədə hamını qabaqlayıb. Məlumatı İsveç Futbol Federasiyasının mətbuat xidməti yayıb.
Qeyd edək ki, Qyökereşin 2024-cü ildəki uğurlu çıxışı bir çox Avropa nəhənginin diqqətini cəlb edib. Onların arasında "Mançester Yunayted, "Mançester Siti" və "Real" da var. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 70 milyon avrodur. 26 yaşlı hücumçu bu il "Sportinq" və İsveç yığmasında ümumilikdə 61 qol vurub.
Xatırladaq ki, bu mövsüm Millətlər Liqasının İsveç - Azərbaycan matçında (6:0) 4 qolun müəllif olub.O, Bakıdakı matçda da (1:3) penaltidən bir dəfə fərqlənə bilib.
Baxış sayı:70
Bu xəbər 17 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















