Azərbaycan millisinin futbolçusu: Qapımıza penalti qərarı düzgün deyildi
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Məncə, qapımıza penaltinin təyin olunması düzgün qərar deyildi".
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva deyib.
22 yaşlı müdafiəçi Monteneqro ilə səfərdə heç-heçə etdikləri (1:1) UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Son anda qələbəni əldə verdiyimiz üçün çox məyusuq. Hesabın belə olmasını istəməzdik. Bizim məqsədimiz qalib gəlmək idi. 1:0 öndə idik, son anda hakimin qərarı ilə qapımıza penalti təyin edildi və hesab bərabərləşdi. Bakıda Litva ilə keçirəcəyimiz matçda böyükhesablı qalibiyyət əldə etmək və qrup birincisi olmaq istəyirik".
O, Monteneqro ilə görüşün sonlarında qapılarına təyin olunan penalti ilə bağlı danışıb:
"Həmin epizoda yenidən baxmamışam. Amma hər kəs bu fikirdədir ki, top birinci rəqibin, sonra bizim oyunçunun əlinə dəyib. Məncə, düzgün qərar deyildi".
Qeyd edək ki, hazırda Monteneqro və Azərbaycan milliləri hərəyə 5 xalla qrupda müvafiq olaraq 1-ci və 2-ci pillədə qərarlaşıblar. Litva yığmasının isə hesabında xal yoxdur.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 09 Aprel 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















