Azərbaycan millisinin üzvü ölkə çempionatlarında 250ci oyununu keçirib
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
"Sabah"ın futbolçusu Elvin Camalov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
"Cebheinfo.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XIV turuna təsadüf edib.
29 yaşlı oyunçu “Turan Tovuz”la səfər matçına (1:1) start heyətində çıxıb.
Premyer Liqada 2013/2014 mövsümündə debüt edən Camalov 250 oyunda 2 qol vurub.
O, üç komandanın formasını geyinib. Azərbaycan millisinin üzvü “Qəbələ”də 111, “Zirə”də 43, “Sabah”da 96 (2 qol) oyun keçirib.
Qeyd edək ki, Elvin Camalov Azərbaycan çempionatları tarixində 250 və daha çox oyun keçirən 74-cü futbolçudur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 25 Noyabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















