Elgiz Kərəmli: “Hazır futbolçulara şans veririk və buna görə liderik”
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Birinci Liqa təmsilçisi “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli komandasının hazırkı durumu və ayrılıqlar barədə danışıb.
Mütəxəssis bildirib ki, meydana yalnız tam hazır vəziyyətdə olan futbolçular buraxılır.
“Meydançaya tam hazır vəziyyətdə olan futbolçuları çıxarırıq. Düzgün qərarlar qəbul etdiyimiz üçün hazırda birinci pillədəyik”, - deyə futbolinfo.az-a açıqlamasında deyib.
E.Kərəmli bir neçə gün öncə komandadan ayrılaraq “Mingəçevir”ə transfer olunan Amil Yunanovla bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. O, futbolçunun baş məşqçinin ona şans verməməsi ilə bağlı açıqlamasına cavab olaraq qeyd edib: “Komandadan bir neçə nəfərlə yollar ayrılıb. Ədilxan Qaraəhmədov, Seymur Rəhimov, Elvin Nəsibov, Amir Ebrahimzadə və Amil Yunanov artıq bizimlə deyillər. Buna səbəb bizi qane etməmələri olub. Bu səbəbdən yolları ayırdıq. Başqa səbəb yoxdur”.
Qeyd edək ki, “Şəfa” hazırda 30 xalla Birinci Liqanın turnir cədvəlinə başçılıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 24 Yanvar 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















