Yeni komitə sədri ən azı ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx yavaş yavaş unudulur Ekspert maraqlı proqnoz verdi
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bu gedişlə növbəti Dini Komitə sədri ilahiyyatçı alim təyin olunacaq. Çünki artıq beynəlxalq dini tədbirlərdə ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov təmsil edir".
Mia.az xəbər verir ki bu sözləri ilahiyyatçı, jurnalist Kənan Rövşənoğlu sosial media səhifəsində yazıb.
Onun sözlərinə görə, Komitə sədri Misirdə keçirilən beynəlxalq dini tədbirdə iştirak edib və Misirin Vəqflər naziri ilə görüşüb: "Təbii ki, Misirin vəqflər naziri Usamə əl-Əzhəri din xadimidir, geyimi də bunu göstərir. Amma bizim müəllim ümumiyyətlə, dini təhsil almayıb. Çox güman ki, hökumət artıq rəsmi dini tədbirlərə Şeyxi deyil, Ramin Məmmədovu göndərirsə, demək həm də gələcəkdə bu sual aktuallaşacaq. Yəni, komitə sədri artıq ilahiyyatçı, ən azı ilahiyyat təhsili olan şəxs olacaq. Bu arada Şeyx yavaş-yavaş unudulur".
İlahiyyatçı jurnalost hazırkı komitə sədri Ramin Məmmədovun beynəlxalq münasibətlər üzrə bakalavr və magistr təhsili aldığını da qeyd edib.
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 24 Yanvar 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















