Icma.az
close
up
RU
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir Ekspertlər final öncəsi nikbindir

Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir Ekspertlər final öncəsi nikbindir

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Minifutbol üzrə Azərbaycan milli komandası bu gün tarixi sınaq qarşısındadır. Slovakiyada keçirilən Avropa çempionatında finala yüksələn yığmamız qitənin ən güclüsü olmaq uğrunda Ukrayna millisi ilə üz-üzə gələcək. Baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi komanda növbəti uğura imza ataraq Avropa çempionu olmaq niyyətindədir.

Tanınmış idman şərhçisi Kənan Məstəliyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan millisi artıq minifutbolda hər bir rəqibin hesablaşdığı komandaya çevrilib:


"Minifutbol üzrə Azərbaycan millisindən artıq bütün rəqiblər çəkinirlər. Son illərdə əldə olunan uğurlar yığmamızın gücünü və potensialını tam şəkildə sübut edib. Azərbaycan millisi həm Avropa, həm də dünya çempionu olmaqla minifutbolda söz sahibi olan komandalar sırasına yüksəlib”.

Şərhçi hesab edir ki, yığmamız final görüşündə də favoritdir:

"Komandamız iştirak etdiyi hər bir turnirin əsas favoritlərindən hesab olunur. Ukrayna ilə keçiriləcək final görüşündə də favorit məhz Azərbaycan millisidir. Bununla belə, Ukrayna yığması da güclü komandadır və rəqibə ciddi yanaşmaq lazımdır. İnanıram ki, komandamız bu qarşılaşmada da qələbə qazanaraq növbəti dəfə Avropa çempionu olacaq”.

Futbol şərhçisi Ramiz Mirzəzadə isə bildirib ki, Serbiya üzərində qazanılan qələbədən sonra Azərbaycan yığması turnirin əsas favoritlərindən biri kimi qəbul olunur:


"Minifutbol üzrə Azərbaycan milli komandası son dünya çempionudur və hazırda dünyanın ən güclü komandalarından biri hesab olunur. Son illərdə əldə olunan uğurlar, xüsusilə Avropa çempionatında Serbiya üzərində qazanılan qələbə bunu bir daha təsdiqləyir. Son Avropa çempionuna qarşı əldə edilən nəticədən sonra Azərbaycan yığması turnirin əsas favoritlərindən biri kimi göstərilməyə başlanıb.

Ukrayna millisi də finala qədər inamlı çıxış edib. Lakin Azərbaycan millisinin dünya çempionu statusu, futbolçularımızın oyun üslubu, fiziki hazırlığı və taktiki üstünlükləri komandamızı bu qarşılaşmada favorit kimi önə çıxarır”.

Ramiz Mirzəzadə final görüşündə Azərbaycanın qələbə qazanacağına inandığını da vurğulayıb:

"Dünyanın ən güclü minifutbol komandalarından biri olan Azərbaycanın Bratislavada keçiriləcək final görüşündə qalib gələcəyinə inanıram. Hesab edirəm ki, Azərbaycan hazırda minifutbol sahəsində ən yaxşı infrastruktura, peşəkar idarəetmə sistemlərindən birinə və sürətlə inkişaf edən layihələrə sahib ölkələrdəndir.

Son illərdə qazanılan uğurlar bunu təsdiqləyir. Avropanın güclü komandaları olan Rumıniya və Serbiyanı geridə qoymaq, dünya çempionu olmaq, Avropa çempionatının finalına yüksəlmək və çempionluğa bu qədər yaxın olmaq Azərbaycan minifutbolunun keçdiyi böyük inkişaf yolunun göstəricisidir”.

Şahanə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 İyun 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri