Azərbaycan minifutbol millisinin üzvü: Bəhreynə qalib gələ bilməsək də, onlar bizdən zəif komandadır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 22 may, AZƏRTAC
“Bəhreynə qalib gələ bilməsək də, düşünürəm ki, onlar bizdən zəif komandadır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin kapitanı Elvin Əlizadə Bakıda keçirilən dünya çempionatının A qrupunda Bəhreynlə heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
“Əslində, rəqib də meydanda yaxşı performans nümayiş etdirmədi. Təəssüf ki, biz də şansları dəyərləndirə bilmədik. Meydançanın yeni olması oyunumuza müəyyən təsir göstərdi. Düşünürəm ki, bu düzələcək”, - deyə o, oyun zamanı xırda səhvlər etdiklərini bildirib.
E.Əlizadə dünya çempionatında uğurlu nəticə qazanacaqlarına inandığını söyləyib: “Qarşıda bizi Sloveniya və Mavritaniya ilə oyunlar gözləyir. Hər iki komandanın fiziki və taktiki hazırlığı yüksək səviyyədədir. İki çətin görüş olacaq. Lakin qrupdan çıxıb, sonda medalçılar sırasında olacağımıza inanırıq”.
Qeyd edək ki, Azərbaycan seçməsi mayın 23-də Sloveniya ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında reallaşacaq matç saat 20:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 22 May 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















