Icma.az
close
up
RU
“Azərbaycan nə Ukraynadır, nə də Ermənistan, öz gücünə arxalanan müstəqil dövlətdir”

“Azərbaycan nə Ukraynadır, nə də Ermənistan, öz gücünə arxalanan müstəqil dövlətdir”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“İstənilən demokratik cəmiyyətdə müxtəlif siyasi mövqelər və fikirlər olmalıdır. Lakin bu fikirlər milli maraqlara zidd olmamalı, dövlətçiliyin əleyhinə deyil, onun inkişafına xidmət etməlidir. Təəssüf ki, bəzi müxalif şəxslərin çıxışları artıq uzun illərdir ki, tənqiddən çox təxribat xarakteri daşıyır. Onlar özlərini alternativ siyasi güc kimi təqdim etməyə çalışsalar da, bu yanaşmalar nə real ictimai dəstək, nə də siyasi dayanıqlılıq qazandırır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva radikal müxalif dairələrinin çıxışlarında Avropaya inteqrasiya meyilləri mövzusunda danışarkən deyib. 

O bildirib ki, Avropaya inteqrasiya məsələsində Azərbaycanı guya bu prosesdən kənarda göstərmək, ölkənin Rusiya yönümlü siyasət yeritdiyini iddia etmək tamamilə reallıqdan uzaq və təhlükəli yanaşmadır: “Məsələn, Əli Kərimlinin Avropa Birliyi rəsmilərinin “Avropa güclü olmalıdır ki, Ukrayna, Moldova, Ermənistan kimi ölkələri müdafiə edə bilsin” fikrinə istinad edərək, Azərbaycanın və hətta Gürcüstanın adının çəkilməməsini,- deməsi açıq-aşkar ictimai rəyi çaşdırmaq və Avropaya xidmət nümayiş etdirmək məqsədi daşıyır.

Azərbaycan nə Ukraynadır, nə Moldova, nə də Ermənistandır. Biz öz gücünə arxalanan, suveren və müstəqil siyasət yürüdən dövlətik. Azərbaycanın iqtisadi potensialı, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regiondakı rolu adıçəkilən ölkələrlə müqayisə olunmayacaq qədər üstündür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib: “Biz kimdənsə asılı olmaq istəmirik, biz etibarlı tərəfdaşıq”.

Bu mövqe Azərbaycanın beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etdiyini və regionda söz sahibi olduğunu sübut edir”.

Deputat əlavə edib ki, bu cür çıxışlar və mövqelər iki səbəbdən qaynaqlana bilər: “Ya Azərbaycanın artan gücü və siyasi liderliyi bəzi dairələr tərəfindən qəbul edilmir, ya da həmin şəxslər xarici mərkəzlər qarşısında müəyyən öhdəliklər götürüblər. Avropanı ideal model kimi təqdim etmək, hətta Ermənistanın siyasətini nümunə göstərmək, açıq şəkildə Azərbaycanın milli maraqlarına ziddir və gülüncdür.

Xatırlatmaq yerinə düşər ki, Gürcüstan da vaxtilə analoji siyasət yürüdürdü, lakin nəticədə ölkənin hansı xaos və böhranla üzləşdiyini heç kim unutmayıb. Azərbaycanda isə güclü liderlik, milli həmrəylik və çevik diplomatiya sayəsində sabitlik qorunur və davamlı inkişaf təmin edilir.

Azərbaycan cəmiyyəti artıq bu cür ritorikanın mahiyyətini aydın şəkildə dəyərləndirib. 2020-ci il Vətən müharibəsi zamanı xalqın dövlətinə, Prezidentinə və Ordusuna göstərdiyi dəstək bunun ən bariz nümunəsidir. Bugünkü çağırışlar isə nəinki dəstək qazanmır, əksinə, ictimaiyyət tərəfindən etinasızlıqla qarşılanır. Çünki cəmiyyət çox yaxşı anlayır ki, sabitlik və inkişaf üçün milli birlik əsas şərtdir”.

Mehriban Vəliyevanın sözlərinə görə, radikal müxalifət yalnız destruktiv ritorika ilə çıxış edir, lakin heç bir real proqram və ya alternativ yol təqdim etmir: “Tənqid tənqid xatirinə deyil, məqsədli və konstruktiv olmalıdır. Əks təqdirdə, bu, siyasi məsuliyyətsizlik və populizmdən başqa bir şey deyil. Azərbaycanın çoxvektorlu müstəqil siyasəti, tərəfdaşlıq və qonşuluq münasibətlərinin aydın sərhədlərini müəyyən edir. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəmiz, eyni zamanda Fransa kimi dövlətlərin kolonializm siyasətini tənqid edən prinsipial mövqe nümayiş etdirə bilir. Bu isə Azərbaycanın ədalətli, beynəlxalq hüquqa əsaslanan, müstəqil diplomatik xəttinin göstəricisidir. Bu siyasət xalqımızın iradəsini əks etdirir və bu iradəni heç bir yalan və ya təxribatla sarsıtmaq mümkün deyil.

Azərbaycan artıq yeni dünya düzənində öz yerini və qütbünü dəqiq müəyyən edib. “Bizim ailəmiz türk dünyasıdır” prinsipi çoxlarını narahat edir. Azərbaycan doğru yolda və güclü addımlarla irəliləyir. Dövlət nəyi, nə vaxt və necə etməyi çox yaxşı bilir. Onun sözü də imzası qədər qətidir.

Müxalifətin suyu bulandırmaq cəhdləri, düşmənin dəyirmanına su tökən mövqeləri isə yalnız təəssüf doğurur. Onların cəmiyyətə təsir gücü yoxdur və olmayacaq. Bugünkü geosiyasi reallıqda daxili sabitlik milli təhlükəsizliyin əsas dayağıdır. Azərbaycan artıq regional gücə çevrilib. Belə bir şəraitdə daxildə qarşıdurma yaratmaq cəhdləri yalnız xarici maraqlara xidmət edir”.

Deputat həmçinin vurğulayıb ki, bu cür təxribat xarakterli ritorika həm cəmiyyət, həm də dövlət səviyyəsində qətiyyətlə rədd edilir: “Azərbaycan xalqı yaxşı anlayır ki, sabitlik, milli həmrəylik və güclü dövlət doğru yoldur. Doğru yolu əyri görənlər isə tarixdən dərs çıxarmalıdırlar.

Azərbaycan öz iqtisadi və enerji potensialı ilə regionun əsas aktorudur. Müstəqil siyasəti ilə  etibarlı tərəfdaşlıq münasibətləri qura bilir. Milli maraqlara toxunduqda sərt mövqeyini də bildirə bilir. Güclü tərəfdaşları və özünü müdafiə gücünə də malikdir. Ərazi bütövlüyünü təmin etmiş, sabitlik və təhlükəsizliyi bərqərar edib. 

Bu gün Azərbaycan regionda söz sahibidir və sabitlik onun strateji üstünlüyüdür. Radikal ritorika və boş populizm isə bu dayanıqlı inkişaf yoluna təsir göstərə bilməz”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Avqust 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri