Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Azərbaycan nədən narahatdır?

Azərbaycan nədən narahatdır?

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikası üzərindən Azərbaycanın təhlükəsizliyinə təhdidlər var.

Prezident İlham Əiyevin Naxçıvanda Azərbaycan Dövlət Televiziyasına müsahibəsindən bu nəticəyə gəlmək olar.

Prezident deyib: "Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir" .

Bu, nə deməkdir?

O deməkdir ki, Naxçıvan Azərbaycan-İran sərhəddində yerləşir və başqa sərhədyanı bölgələrə nisbətən təhlükəsizlik təhdidlərinə daha həssasdır. Çünki Naxçıvan MR-ın Azərbaycanın əsas ərazisi ilə birbaşa bağlantısı yoxdur. İran isə hazırda müharibə vəziyyətindədir; ərazisinə hücum var. Müharubənin əvvəlki fazasında İrandanNaxçıvan ərazisinə dron atılması faktı da yaddan çıxmayıb. Eyni zamanda Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı müdafiə sazişinin - Məkkə anlaşmasının ardından Türkiyəni Azərbaycan vasitəsilə və Naxçıvan üzərindən təxribata çəkmək fikrinə düşən qüvvələr ola bilər. Bu da narahatlıq doğuran ehtimaldır.

İkinci bir təhdid sırf enerji Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsələdir. Bu haqda artıq yazmışıq. Prezidentin müsahibəsində Naxçıvan istiqamətində ordunu gücləndirməklə bağlı bəyanatı təsadüfi deyil. Eyni dərəcədə Naxçıvanda enerji istehsalı layihələrinə xüsusi diqqət yetirməsi də buradan gəlir.

Prezident deyib: "Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın".

Bunlar sıradan fikirlər, cümlələr deyil, mümkün risklərin əvvəlcədən proqnozlaşdırılması və ona hazırlığın artırılması zərurətindən doğur. Prezident İlham Əliyevin isə yaxşı strateq olduğu heç kimdə (hətta rəqiblərində də), məncə, şübhə doğurmur. Prezident bu cür bəyanatları (ümumiyyətlə, heç bir bəyanatı) səbəbsiz verməz.

Bu mənada Prezidentin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişfına 258 milyard manat məbləğində əlavə vəsait ayırması elə-belə sıradan bir qərar deyil. Prezidentin müsahibə boyu dəfələrlə Zəngəzur dəhlizi ilə bağlı "vaxt itirmədən" bu məsələni həll etməyə çağırması da vəziyyətin ciddiyyətini xüsusi vurğulayır. Vaxtı uzadan, vaxt itkisinə səbəb olan isə Azərbaycan tərəfi deyil; Prezidentin də dediyi kimi, Azərbaycan qərar qəbul edir və dərhal icrasına başlayır. Qarşı tərəfə güclü təsir edilməsə, məsələnin həlli - dəhlizin açılması uzanacaq və yenə də qiymətli vaxt itiriləcək. Məhz ABŞ və Avropa İttifaqı Ermənistana daha fəal təsir göstərsə, bu məqsədlərə nail olmaq mümkündür. Eləcə də, başqa aktorlar. Çünki nəticədə bu layihə, bölgədə sülh, sabitlik və tərəfdaşlıq təkcə Azərbaycanın marağında deyil. Bu, qlobal səviyyəli məsələdir. Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri də budur. Azərbaycan zamanın itirilməsindın, bölgədə vəziyyətin gərginliyindən, mümkün risklərdən, mühüm qərarların və zəruri addımların yubanmasından narahatdır. Bunlar təbii narahatlıqlardır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Avqust 2026 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri