Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb

Azərbaycan nümayəndə heyəti Almaniyada müxtəlif dini konfessiyaların nümayəndələri ilə görüşüb

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi ilə görüşüb.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi, multikultural dəyərlərin qorunub saxlanılması, dini etiqad azadlığının təmin edilməsi sahəsində görülən işlərdən danışıb. Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsi, dinlərarası dialoqun inkişaf etdirilməsi, ümumbəşəri dəyərlərin təşviqi, islamofobiya, ksenofobiya kimi qlobal xarakterli problemlərin həllinə yönəlmiş təşəbbüsləri haqqında məlumat verib. Ölkəmizin islam həmrəyliyi ideyalarının təbliği sahəsindəki təcrübəsinə diqqət çəkib. 

Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi bildirib ki, islamofobiya meyillərinin artması, İslamı gözdən salmaq cəhdləri həmrəyliyin və birliyin möhkəmləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini labüd edir. O, bu mənada Azərbaycanın sərgilədiyi mövqeyi yüksək qiymətləndirdiyini bildirib.

Almaniya Yəhudiləri Mərkəzi Şurasının icraçı direktoru Daniel Botmanla görüşdə isə dünyada tolerantlığı, dinlərarası dialoqu dəstəkləyən və bu prosesdə aktiv iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun təşviqindəki mühüm rolundan, Bakının adı çəkilən mövzularda beynəlxalq konfrans və forumlara ev sahibliyi etməsinin əhəmiyyətindən bəhs edilib. Əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmi qeyd olunub.

Azərbaycan nümayəndə heyəti, eyni zamanda  Almaniyadakı Süryani Ortodoks Mor Yaqub Dasruq Kilsəsini ziyarət edib. Ziyarət zamanı nümayəndə heyətinin üzvlərinə kilsənin tarixi barədə məlumat verilib. Dövlət Komitəsinin sədri ölkəmizdə dini, mədəni və tarixi abidələrə göstərilən dövlət qayğısından danışıb. Azərbaycanda dini müxtəlif konfessiyalara aid dini ibadət yerlərinin qorunub saxlanılması, təmir və bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri