Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 17 dekabr, AZƏRTAC
“Ailə siyasətlərinin gücləndirilməsi və Serbiyanın demoqrafik inkişafı” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Serbiyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, ziyarət zamanı abidə önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. Xüsusilə vurğulanıb ki, Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsinin ucaldılması Azərbaycan–Serbiya dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsinin göstəricisi olmaqla yanaşı, serb xalqının görkəmli dövlət xadiminə göstərdiyi hörmətin bariz nümunəsidir.
Eyni zamanda, Azərbaycan nümayəndə heyəti görkəmli serb yazıçısı Milorad Paviçin abidəsini də ziyarət edib. Abidə önünə gül dəstələri qoyularaq, yazıçının xatirəsinə ehtiram ifadə olunub. Bu ziyarət Azərbaycan nümayəndə heyətinin Serbiya xalqının tarixi və mədəni irsinə olan hörmətinin təzahürü kimi dəyərləndirilib.
-1 / 2
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 17 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















