Icma.az
close
up
RU
Azərbaycan nümayəndəsi BMT nin İqtisadi, sosial və mədəni hüquqlar komitəsinin sədr müavini seçilib

Azərbaycan nümayəndəsi BMT nin İqtisadi, sosial və mədəni hüquqlar komitəsinin sədr müavini seçilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 sentyabr, AZƏRTAC

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi, sosial və mədəni hüquqlar komitəsinin 78-ci sessiyası Cenevrə şəhərində öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, komitənin prosedur qaydalarına əsasən, hər iki ildən bir rəhbər vəzifələr üzrə seçkilər keçirilib.

Sessiya çərçivəsində Azərbaycan nümayəndəsi, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov, Mərkəzi və Şərqi Avropa regionunu təmsil edən üzv kimi komitənin sədr müavini vəzifəsinə seçilib. Bu təyinatla Azərbaycan ilk dəfə olaraq komitənin rəhbər strukturlarında təmsil olunmaq hüququ əldə edib. Komitənin yeni rəhbər heyəti aşağıdakı kimi formalaşıb:

• Sədr - Preeti Saran (Hindistan – Asiya və Sakit Okean regionu)

• Sədr müavinləri - Nadir Adilov (Azərbaycan – Mərkəzi və Şərqi Avropa), Giuseppe Palmisano (İtaliya – Qərbi Avropa və digər ölkələr), Aşraf Çayna (Mavritaniya – Afrika regionu)

Qeyd edək ki, 18 üzvdən ibarət olan komitəyə Azərbaycan nümayəndəsi Nadir Adilov ilk dəfə 2021–2024-cü illər üzrə seçilib, daha sonra 2025–2028-ci illər üçün yenidən BMT-nin İqtisadi və sosial şurasının (ECOSOC) iclasında komitə üzvlüyünə təsdiqlənib. O, eyni zamanda Mediasiya Şurasının İdarə Heyətinin sədri, Türk Dünyası Mediatorlar Birliyinin sədr müavinidir.

1985-ci ildə təsis edilmiş BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar komitəsi, 1966-cı il Beynəlxalq Paktın (ICESCR) müddəalarının icrasına nəzarət edən əsas müqavilə orqanıdır. Komitə üzv dövlətlərin sosial hüquqlar sahəsindəki öhdəliklərinin yerinə yetirilməsini qiymətləndirir və bu sahədə beynəlxalq standartların tətbiqinə töhfə verir.

Komitə BMT-nin İqtisadi və sosial şurası ilə sıx əməkdaşlıq edərək, konvensiya üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət mexanizmini gücləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri