Icma.az
close
up
RU
Azərbaycan ordusu dünya reytinqində və Cənubi Qafqaz bölgəsində güclü ordu kimi yerini tutub

Azərbaycan ordusu dünya reytinqində və Cənubi Qafqaz bölgəsində güclü ordu kimi yerini tutub

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

“Global Firepower (GFP)“nin 2025-ci il üzrə dərc etdiyi hesabatda Ermənistan 144 ölkə arasında 91-ci yerdə qərarlaşıb. Bədnam qonşumuz sürətlə silahlandığı üçün ötən illə müqayisədə reytinqdə 10 pillə irəliləyib. Azərbaycan reytinqdə 60-cı yerdədir.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan öz ordusunun gücü və imkanları haqqında statistika göstəriciləri ilə deyil, öz fəaliyyəti əsasında danışmaq olar.

Şair Ramaldanov

“4 il öncə 30 illik işğal nəticəsində güclü qurğularla müdafiə xəttini qurmuş düşmənə, işğalçı Ermənistana öz gücünü göstərərək, haqqını bərpa edərək işğalçı qüvvələri qısa zamanda darmadağın edib ərazi bütövlüyümüzü bərpa etdi. Aradan 4 il keçməsinə baxmayaraq, Azərbaycan artıq 60-cı yerdə güclülər sırasında qərar tutub. Ermənistanın reytinqdə irəliləməsi ilə bağlı məlumat da yer alıb. Azərbaycan Respublikasının prezidenti son müsahibəsində Ermənistanın silahlandırılması ilə bağlı Azərbaycanın mövqeyini bildirmiş və Ermənistana, eləcə də onun havadarlarına öz xəbərdarlığını etmişdir. Ermənistan sülh müqaviləsinin bağlanmasından qaçır və havadarları tərəfindən sürətlə silahlandırılır.

Azərbaycan ordusunun dünya sıralamasındakı yeri və mövcud imkanları göz önündədir. Azərbaycan "Türkiyə modeli"nə oxşar biri ordu modeli qurur və bu proses yekunlaşmaq üzrədir. Azərbaycan ordusu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev daim orduya diqqət yetirir. Prezident “Azərbaycan ordusu nə lazımdırsa onu da alacaq” deyə çıxışlarının birində bildirmişdi”-deyən Şair Ramaldanov qeyd edib ki, hər ölkə öz ordusunu quranda, inkişaf etdirəndə həm daxili potensialı əsaslanır, həm də baş verə biləcək təhdidlərə qarşı ordunun qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulur.

Şair Ramaldanovun fikrincə, Azərbaycan ordusu bu gün Azərbaycanın ərazi bütövlüyünün qoruması üçün bütün  riskləri nəzərdən keçirərək öz vəzifəsini yerinə yetirir: “Biz buna dəfələrlə şahid olmuşuq. Azərbaycan ordusu bunu əyani göstərib, həm də bununla bağlı çoxlu faktlar və əsaslar var. Azərbaycanın güclü ordusu var və Cənubi Qafqaz bölgəsində Azərbaycan ordusu ən güclü ordu kimi qərarlaşıb. Azərbaycan ordusu bu gün müasir prinsiplər əsasında inkişaf edir”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Yanvar 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri