Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Azərbaycan Ordusu yalnız regional deyil, qlobal təhlükəsizlik mühitində də ciddi aktor kimi qəbul olunur ŞƏRH

Azərbaycan Ordusu yalnız regional deyil, qlobal təhlükəsizlik mühitində də ciddi aktor kimi qəbul olunur ŞƏRH

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 iyun, AZƏRTAC

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü tariximizin hərbi-siyasi yaddaşında xüsusi çəkisi olan gündür. Bu tarix yalnız ordu quruculuğunun deyil, eyni zamanda, milli dövlətçilik ənənələrimizin, xalqla ordu arasındakı mənəvi birliyin təcəssümüdür. Müstəqilliyini və ərazi bütövlüyünü qorumalı olan hər bir dövlət üçün güclü ordu sadəcə təhlükəsizlik elementi deyil, bu, həm də siyasi iradənin, strateji düşüncənin və milli ruhun göstəricisidir.

Azərbaycan Ordusunun inkişaf yolunun təməlində Ulu Öndər Heydər Əliyevin strateji baxışı və uzaqgörən qərarları dayanır. 1969-cu ildə Azərbaycanda siyasi rəhbərliyə gələn Ümummilli Liderin təşəbbüsü ilə respublikada hərbi kadr hazırlığına sistemli yanaşma formalaşdı. Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması bu istiqamətdə ilk ciddi addım oldu. Bu, təkcə yeni təhsil müəssisəsinin açılması deyildi, bu, milli zabit korpusunun təşəkkül tapmasına başlanğıc idi. 1990-cı illərin əvvəlləri Azərbaycan üçün həm dövlətçilik, həm də hərbi quruculuq baxımından sınaq illəri idi. Torpaqların işğalı fonunda nizami ordu yox idi. Başsız silahlı dəstələr ölkə daxilində xaos və idarəolunmaz vəziyyət yaratmışdı. Belə bir məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə hərbi idarəçiliyin təməl prinsiplərini bərpa etdi, nizami ordu formalaşdırıldı və ordu quruculuğunda peşəkarlaşma mərhələsinə keçid təmin edildi. 1994-cü ildə atəşkəs razılaşmasının əldə olunması isə Silahlı Qüvvələrin sistemli formalaşması üçün mühüm fürsət yaratdı. Ordunun maddi-texniki bazası möhkəmləndirildi, döyüş ruhunun artırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı diqqət mərkəzinə çəkildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hərbi təhsil sahəsində də ciddi islahatlar aparıldı. Hərbi Akademiyanın yaradılması, hərbi məktəblərin yenidən təşkil olunması, azərbaycanlı gənclərin müxtəlif ali hərbi məktəblərə qəbulunun təmin edilməsi peşəkar kadr ehtiyatını təmin etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Deputat xatırladıb ki, 1994-cü ildən etibarən Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşularaq ordunun beynəlxalq standartlara uyğunlaşdırılması prosesinə başladı: “Azərbaycan hərbçiləri müxtəlif beynəlxalq sülhməramlı missiyalarda – Kosovoda, Əfqanıstanda, İraqda iştirak etməklə müasir hərbi təcrübəyə yiyələndilər. Silahlı Qüvvələrin modernləşdirilməsi, texniki və strateji baxımdan gücləndirilməsi Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində prioritet istiqamətə çevrildi. Hərbi sənaye kompleksi yaradıldı, yerli istehsal imkanları genişləndirildi, minlərlə adda hərbi təyinatlı məhsulun istehsalına başlanıldı. Bu, ölkənin müdafiə imkanlarının daxili resurslar hesabına təmin olunmasına şərait yaratdı”.

Elçin Mirzəbəyli vurğulayıb ki, Vətən müharibəsi Azərbaycan Ordusunun modern və effektiv hərbi gücə çevrildiyini sübut etdi. “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində 44 gün ərzində torpaqlarımızın əhəmiyyətli hissəsi işğaldan azad edildi. Müharibə xalq-ordu-dövlət birliyinin, hərbi-siyasi strateji düşüncənin və peşəkar hazırlığın təntənəsinə çevrildi. Qələbə ilə yekunlaşan Vətən müharibəsindən sonra Azərbaycanın ordu modeli keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Komando briqadalarının yaradılması, antiterror əməliyyatlarının sürətli və dəqiq icrası, birgünlük lokal tədbirlə suverenliyin bərpa olunması – bunlar artıq yeni Azərbaycan Ordusunun imkanlarının göstəriciləridir. Komando kurslarının fiziki və mənəvi baxımdan ən yüksək səviyyədə təşkil olunması bu hərbi hissələrin yalnız ən hazırlıqlı şəxslərlə komplektləşdirilməsi gələcək hərbi təhlükələrə qarşı qabaqlayıcı addımların atıldığını göstərir. Vətən müharibəsi zamanı Azərbaycan əsgərinin göstərdiyi döyüş iradəsi, fərariliyin olmaması, yaralansa belə döyüş meydanına qayıtmaq arzusu – bu, yalnız orduya deyil, bütövlükdə cəmiyyətin milli-ideoloji durumuna verilən qiymətdir. Qalib Ordu yalnız silahla deyil, ruhla qalib gəlir və bu ruhun əsasında Vətəni canından üstün tutan bir əsgər dayanır”, - deyə o diqqətə çatdırıb.

Deputat bildirib ki, Azərbaycan Ordusu bu gün yalnız regional deyil, qlobal təhlükəsizlik mühitində də ciddi aktor kimi qəbul olunur. “Tariximizin müxtəlif dövrlərində üzləşdiyimiz təhlükələrə baxmayaraq, dövlətçilik iradəsi və strateji liderlik sayəsində ordu quruculuğu daim prioritet olub. Silahlı Qüvvələrimizin keçdiyi - Ulu Öndərin təməlini qoyduğu və Prezident İlham Əliyevin Müzəffər Orduya çevirdiyi yol Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin təminatıdır”,- deyə Elçin Mirzəbəyli qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see283

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see254

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see208

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see168

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see152

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see147

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see134

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see129

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri