Icma.az
close
up
RU
Azərbaycan ötən il Gürcüstandan 18 milyon dollarlıq qoyun alıb

Azərbaycan ötən il Gürcüstandan 18 milyon dollarlıq qoyun alıb

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri zamanı iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsi müzakirə edilən əsas məsələlərdən idi. Ölkələr arasındakı strateji tərəfdaşlıq iqtisadi əlaqələrin genişlənməsinə imkan yaratmaqdadır".

"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycanın Gürcüstana 712.7 milyon dollarlıq ixracatının 347.9 milyon dolları qeyri neft-qaz məhsullarıdır.

"Bu o deməkdir ki, ötən il Azərbaycan Gürcüstana 364.8 milyon dollarlıq enerji məhsulları göndərib. Bununla yanaşı, il ərzində Gürcüstandan 168.7 milyon dollarlıq mal idxal etmişik. 2025-ci ildə Azərbaycan Gürcüstan ilə 1002 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirib. 

İl ərzində Gürcüstandan sular, alkoqolsuz energetik içkilər və şəkər əlavələri (30 milyon dollar), diri iribuynuzlu heyvanlar (29.1 milyon dollar), diri qoyunlar (18.1 milyon dollar), natrium sianidlər  (10.3 milyon dollar), kartof  (7.8 milyon dollar), ferrosilikomanqan ərintiləri (7.1 milyon dollar), ev toyuqlarının hissələrə ayrılmış əti və əlavə məhsulları (6.7 milyon dollar), keramikadan minalanmamış üzlük plitələr (5.4 milyon dollar), alkoqolsuz içkilər (3.5 milyon dollar), elektrik enerjisi (3.2 milyon dollar), malların saxlanması, daşınması və qablaşdırılması üçün şüşə qablar (2.9 milyon dollar), plastik kütlədən hazırlanmış tıxaclar, qapaq və qalpaqlar (2.5 milyon dollar), quş yumurtası, qabıqlı, inkubasiya üçün mayalanmış yumurtalar  (2.7 milyon dollar),  poçt markaları, dövlət rüsumu markaları, gerbli kağızlar, çek kitabçaları, aksiz markaları, banknotlar (2.3 milyon dollar), çörək-bulka və unlu qənnadı məmulatları (2.2 milyon dollar) və s. məhsullar idxal etmişik.

Göründyü kimi, Gürcüstandan idxal etdiyimiz malların siyahısında qida və içki məhsulları üstünlük təşkil edir. Bu kontekstdən, Gürcüstan ilə əməkdaşlığın genişləndirilməsi həmin məhsulların yerli istehsalının təşkilinə imkan yarada bilər".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Aprel 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri