Icma.az
close
up
RU
Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edə bilən nadir ölkələrdəndir

Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edə bilən nadir ölkələrdəndir

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan regionda öz enerji təhlükəsizliyini tam təmin edə bilən nadir ölkələrdəndir. Dövlətimiz həm də enerji ixracı yolu ilə tərəfdaşlarının təhlükəsizliyini təmin edən etibarlı təchizatçı rolunu oynayır. XXI əsrdə enerji təkcə iqtisadi resurs deyil, həm də milli təhlükəsizlik və geosiyasi balansın əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın enerji strategiyası da məhz bu çoxşaxəli və strateji yanaşma əsasında formalaşdırılıb. İyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası həmin strategiyanın mühüm tərkib hissəsi olmaqla yanaşı, ölkənin enerji təhlükəsizliyi, texnoloji dayanıqlılığı və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir.

Açılış mərasimində çıxış edən dövlətimizin başçısı qeyd edib ki, “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır: “1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir”. “8 Noyabr” Elektrik Stansiyası yüksək generasiya gücü ilə Azərbaycan enerji şəbəkəsində çeviklik və etibarlılıq balansını təmin edir. Bu stansiyanın istismara verilməsi elektrik təchizatında qəfil dəyişikliklərə və pik tələbat dövrlərinə çevik reaksiya vermək imkanı yaradır. Beləliklə, həmin layihə yalnız enerji istehsalı ilə kifayətlənmir, həm də bütövlükdə sistemin operativ stabilliyini gücləndirir.

2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsalı hədəfi Azərbaycanın ekoloji və strateji gündəliyinin əsas prioritetlərindəndir. 8 Noyabr” Elektrik Stansiyası kimi yüksək səmərəliliklə işləyən enerji obyektləri bu strateji hədəflərə nail olunmasında mühüm önəm kəsb edir. Çünki bu tipli stansiyalar həm də yaşıl enerji layihələrinin enerji sisteminə inteqrasiyasına şərait yaradır. Səmərəli enerji istehsalı, şərti yanacağa qənaət və aşağı karbon emissiyası ilə “8 Noyabr” stansiyası ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal öhdəliklərinə uyğun fəaliyyət göstərdiyini göstərir.

“8 Noyabr” Elektrik Stansiyasının tikintisində İtaliya və Çin şirkətlərinin iştirakı Azərbaycanın balanslaşdırılmış və çoxtərəfli xarici enerji siyasətinin uğurlu nümunəsidir. İtaliya ilə neft-qaz sahəsində uzunmüddətli əməkdaşlıq, Çinlə isə xüsusilə günəş və digər bərpaolunan enerji texnologiyaları üzrə artan tərəfdaşlıq gələcək üçün sabit və etibarlı texnoloji əlaqələrin formalaşmasına zəmin yaradır. Bu beynəlxalq əməkdaşlıq insan resurslarının inkişafı və təcrübə mübadiləsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Müzəfər Ali Baş Komandan “8 Noyabr” Elektrik Stansiyasının açılışındakı nitqində bu tarixi həqiqəti də yada salaraq demişdir: “Bu gün dünyada gedən prosesləri hər kəs izləyir. Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır. Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir, yaxşı bilirik. Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da - Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı - əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir”.

Göründüyü kimi, Prezident İlham Əliyev Ermənistanın beynəlxalq konvensiyalara zidd olaraq enerji infrastrukturuna zərbə endirmək cəhdlərini yada salaraq bu obyektlərin Azərbaycan üçün həyati əhəmiyyətə malik olduğunu bir kəs daha xatırlatmaqdadır. “8 Noyabr” Elektrik Stansiyası bu konteksdə daxili təchizat sabitliyini gücləndirməklə yanaşı, ixrac potensialını da artırmağa imkan verir. Stansiyanın təbii qaz sərfini minimuma endirən müasir texnologiyalarla təchiz olunması Azərbaycan qazının daha böyük hissəsinin ixrac üçün yönləndirilməsini təmin edir. Bu faktor öz növbəsində Avropa və region ölkələrinin enerji təchizatında ölkəmizin rolunu daha da artırır.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri