Icma.az
close
up
RU
Azərbaycan öz haqlı mövqeyini dünya ictimaiyyətinə, o cümlədən ABŞ a çatdırmağa qadir oldu

Azərbaycan öz haqlı mövqeyini dünya ictimaiyyətinə, o cümlədən ABŞ a çatdırmağa qadir oldu

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ABŞ səfirinin Bakıya təyinatının gecikməsi daxili siyasi prosedurlarla, həmçinin ABŞ Konqresinin qərar qəbul etməsinə ermənipərəst siyasətçilərin təsiri ilə əlaqələndirilə bilər. Məsələn, daha öncəki səfirin təyinatı da xeyli müddət çəkmişdi. Belə ki, Mark Libbinin səfir təyinatı 2022-ci ilin mayında təklif olaraq irəli sürülsə də onun vəzifəsində təsdiqlənərək ölkəmizə gəlməsi 2023-cü ilin dekabrına təsadüf etmişdi. Yəni, proses 1 il yarım vaxt aparmışdı. Ondan öncə, 2018-ci ildən ölkəmizdə səfir olan Li Litsenberqer isə postunu 2022-ci ilin yayında tərk etmişdi. Bütün bunlar Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsi fonunda ABŞ-dan və ümumilikdə Qərb blokundan ölkəmizə təzyiqlərin artması fonunda yaşanan gərginliklərlə paralel baş verdiyinə görə, biz müvafiq bağlılıq axtarırıq”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, həmin dövrdə ABŞ Konqresində ölkəmiz əleyhinə ciddi təzyiqlər var idi: “Həmin dövrdə Trampa yaxınlığı ilə bilinən "Fox" telekanalında da ölkəmiz əleyhinə reportajlar getmişdi. Qlobal erməni şəbəkəsi “ikinci erməni soyqırımı” narrativini yaymağa çalışır və ABŞ-da bu saxta narrativ müvafiq dəstək görürdü. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Frank Pallone, Gus M. Bilirakis, Jackie Speier, David G. Valadao, Adam B. Schiff (Armenian Caucus/Erməni İşi həmsədrləri) başda olmaqla ölkəmiz əleyhinə sərt çağırışlar edilir və əks-təbliğat aparılırdı. Hətta ABŞ-ın Bakıdakı səfirliyinin 2022-ci ildə Laçın dəhlizinin açılmasına çağırışını xatırlamaq olar. Lakin, bütün bunlar arxada qaldı”.

Şəhla Cəlilzadə

Şəhla Cəlilzadə vurğulayıb ki, Azərbaycan öz haqlı və beynəlxalq hüquqla təsdiqlənən mövqeyini dünya ictimaiyyətinə, o cümlədən ABŞ-a çatdırmağa qadir oldu: “Elə buna görə də Mark Libbi 2024-cü ilin mayında Şuşaya gedərək işğaldan azad edilmiş torpaqlarımıza səfər edən ilk ABŞ səfiri kimi tarixə düşdü. Halbuki səfərdən az öncə belə bir səfəri “şou” adlandırmış, cənab Prezident isə bu ifadəyə cavab olaraq, sitat “Bizim onlara ehtiyacımız yoxdur. İstəyirlər gələrlər, istəmirlər gəlməzlər. Onların buraya gəlməsi heç nəyi dəyişmir” demişdi. Libbinin müvafiq ifadə səsləndirməsi aid olduğu Bayden-Blinken Administrasiyasının həmin dövrdə Ermənistanla dərinləşən strateji münasibətləri və antiAzərbaycan sentimenti ilə bağlı idi. Lakin bu fonda onun Şuşaya səfər etməsi də erməni lobbisindən ciddi təzyiqlərlə üzləşməsinə səbəb olmuşdu”.

Politoloqun fikrincə, bəlkə də səfir erməni revanşist qüvvələrinin “xərçəngi”nə yoluxduğu üçün Şuşa səfərindən cəmi yarım il sonra ölkəmizi tərk etməyə məcbur qalmışdı: “Hazırda Azərbaycan və ABŞ arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Burada Donald Trampın Prezident seçilməsi və hazırkı ABŞ Administrasiyanın Cənubi Qafqaza dair yeni geosiyasi reallıqlara uyğunlaşdırılmış balanslı siyasəti, xüsusilə ABŞ Prezidentinin cənab Prezident İlham Əliyevə yüksək ehtiramı mühüm rol oynayır. 8 avqust 2025-ci il tarixində Azərbaycan, ABŞ və Ermənistan dövlət başçılarının imza atdığı üçtərəfli bəyannamə, Azərbaycan-ABŞ ikitərəfli münasibətlərini yeni inkişaf səviyyəsinə qaldıracaq “Strateji Tərəfdaşlıq Xartiyası”nın hazırlanmasına dair İşçi Qrupun yaradılması və bu istiqamətdə müvafiq hazırlıq işlərinin görülməsi, qarşılıqlı səfərlər, ABŞ iqtisadi-ticarət nümayəndələrinin regional səfər çərçivəsində ölkəmizdə olmaları və s. məqamlar qarşıdakı dövrdə münasibətlərin daha da dərinləşəcəyini göstərir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri