Icma.az
close
up
RU
Azərbaycan öz imkanlarını bütün dünya birliyində olan məmləkətlərə təklif və təqdim edir POLİTOLOQ AÇIQLADI

Azərbaycan öz imkanlarını bütün dünya birliyində olan məmləkətlərə təklif və təqdim edir POLİTOLOQ AÇIQLADI

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Müasir dönəmdə biz görürük ki, bəzi qüvvələr zorla və qeyri-ənənəvi üsullarla çalışırlar qlobalizasiyanı həyata keçirsinlər. Bu cərəyanı öz adlarına yazırlar ki, guya bunlar hamıdan uzaq görəndilər və qloballaşmanında açarı bunların əlindədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, bu qloballaşma isə çox səhv yanaşmadır. Onsuzda qloballaşma onların istəyi olsa və ya olmasa belə bütün dünyada gedir. Ən uzaqda belə bir-birindən məmləkətlərin yaxşı və münbit əlaqələri olur və onlar çox harmonik şəkildə iqtisadi, ticari münasibətlərini gücləndirirlər. Yəni bunun özü qloballaşmanın bir göstəricisidir: "Digər bir tərəfdən isə dəhlizlərin maneəsiz fəaliyyəti də qlobal iqtisadiyyatın inkişafına qulluq edən cərəyandır. Bunu heç bir dövlət, heç bir qüvvə inhisarına götürə bilməz. Amma biz görürük ki, Qərb ölkələri demək olar ki, bütövlüklə bu məsələni çalışır öz inhisarına götürsün və bütün prosesləri də öz nəzarətində saxlasın. Bu isə yolverilməz məsələdir. Ona görə də ölkələrin suveren işlərinə qarışırlar. Digər tərəfdən qloballaşmanın yolunu da münaqişəli vəziyyətlərin yaradılması ilə əlaqələndirirlər. Bu isə ümumiyyətlə yolverilməz bir məsələdir. Çünki münaqişəli vəziyyətlər bütün dünya birliyini qlobal fəlakətə yaxınlaşdırır. Ona görə də Azərbaycan və Çin Xalq Respublikası ikitərəfli münasibətlərini inkişaf etdirərək göstərirlər ki, onlar çox sağlam durumda bu məsələləri həm qavrayırlar, həm qarşılayırlar, həm də münasib paylar vermiş olurlar. O ki, qaldı bizim aramızdakı məsafələrə bununla bağlı onu deyə bilərəm ki, həqiqətəndə Çin və bizim ölkəmiz bir-birindən coğrafi baxımdan bir qədər uzaqdayıq. Amma bu bir maneə deyil. Hər iki ölkə arasında münasibətlər metodik şəkildə inkişaf etdirilsin. Birincisi, məsafələrlə bağlı bizi birləşdirən komunikasiyalar var. Bu kommunikasiyalarında şaxələnməsi çox vacibdir. Ona görə də Azərbaycan bu günləri Zəngəzur dəhlizini gündəmə gətirməklə bir daha göstərir ki, ölkənin siyasi dairələrinə, iqtisadi birliklərinin qayəsi diversifikasiyanı təmin etməkdir. Çünki bəzi hallarda biz görürük ki, müharibələr, münaqişələr ucbatından bəzi yollar bağlanır. Buna misal olar deyə bilərik ki, şimal dəhlizi Rusiya-Ukrayna müharibəsinə görə, artıq demək olar ki, qapanıb. Əgər o qapanıbsa deməli bunun alternativləri olmalıdır. Orta dəhliz olmalıdır, cənub dəhlizi olmalıdır. Bəli cənubda da problemlər var. Çünki Amerikanın Fars körfəzində mövcudluğu bir qədər problemli vəziyyət yaradır. Husilər onları hədələyirlər, sonra atışmalar olur və başqa hadisələr olur. Bu zaman artıq Orta Dəhliz qalır. Orta Dəhliz Azərbaycan-Ermənistan adlı qonşu ölkənin işğalçı siyasətinə son qoyaraq demək olar ki, bu istiqamətdə yaşıl işıqı yandırıb. Ona görə də Orta Dəhlizdə Çinin marağının olduğunu biz görürük. Bir ya da iki il əvvəl Səmərqənddə "Şanxay Əməkdaşlıq Təşkilatının" zirvə görüşü keçiriləndə Azərbaycan rəhbəri cənab Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqları oldu. Orada çox vacib bir sənədə imzalar da atıldı. Söhbət iki ölkə arasındakı stratejik tərəfdaşlıq inkişafından gedirdi. Biz bax bu nəticəyə gəldik ki, biz bu ölkə üçün lazımıq və bizim kimi bir tərəfdaşa onlar ehtiyac duyurlar. Əlbəttə ki, bu proseslərdə Azərbaycan heç bir ölkə üçün problem və təhlükə yaratmır. Azərbaycan öz imkanlarını bütün qonşulara, bütün dünya birliyində olan məmləkətlərə təklif və təqdim edir. Bununla da Azərbaycan bütün dünyaya göstərir ki, sağlam inteqrasiyanın tərəfdarlarıyıq. Belə olmasa əlbəttə ki, dünya birliyi səksəkə ilə qarşılaşacaq, dünya birliyi böyük sıxıntılar yaşayacaq. Bu baxımdan həm Azərbaycanın mövqeyi, həm də Çinin mövqeyi hamısı sağlam mövqeylərdir və mən düşünürəm ki, Azərbaycanla Çin uzun illər ikitərəfli əməkdaşlıqlarını davam etdirəcəklər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Aprel 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri