Icma.az
close
up
RU
“Azərbaycan Özbəkistan dostluğu digər dövlətlər üçün nümunədir” Rektor

“Azərbaycan Özbəkistan dostluğu digər dövlətlər üçün nümunədir” Rektor

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan və Özbəkistan arasında çox qədim və sıx tarixi əlaqələr var. İki ölkənin münasibətlərində təxminən 70-80 il ərzində fasilə oldu və buna görə də əlaqəmiz kəsildi. Bu gün isə münasibətlərimiz ən yüksək səviyyədədir”.

Bunu 525.az-a açıqlamasında Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin rektoru Şerzodxan Kudratxoca deyib.

O bildirib ki, iki xalqı ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər birləşdirir: “Biz zəngin intellektual irsə sahibik və insanlarımız möhtəşəmdir. Məsələn, Azərbaycan deyəndə, ağlıma iki çox məşhur film gəlir: "Qayınana" və "Arşın mal alan". Biz Zeynəb Xanlarovanın mahnılarını dinləyərək böyümüşük. Azərbaycanda isə Nəsibə Abdullayeva, "Yalla" qrupu məşhurdur və sevilir.

2026-cı ilin avqust ayında iki ölkə liderləri Əbədi dostluq haqqında sənəd imzaladılar. Bizim prezidentərimizin fəaliyyəti və qarşılıqlı səmimiyyəti hamımız üçün nümunədir. Tarixə nəzər salsaq görürük ki, əcdadlarımız istirahət və əyləncə üçün Qarabağa gedərdilər. Böyük İpək Yolu boyunca sizin əcdadlarınız mədrəsələrimizdə təhsil almaq üçün Səmərqəndə və Buxaraya gəlirdilər. Məsələn, dərin hörmət bəslədiyim şeyxülislam Allahşükür Paşazadə bizim müftimizlə birlikdə burada, Səmərqənddə təhsil alıb. Bu, həqiqətən də gözəl haldır. Buna görə də şadam ki, bu gün tarixi reallıq bərpa olunur. Azərbaycanla Özbəkistan arasındakı dostluq əbədi olacaq”.

O, Orta Dəhlizə də toxunub, bununla birbaşa əlaqə qurulduğunu bildirib: “Bu gün Özbəkistanda çox müxtəlif məhsullar istehsal olunur və onlar dünyaya, Avropaya Azərbaycan vasitəsilə, Zəngəzur dəhlizi ilə ixrac olunacaq. Azərbaycan bizim yaxın dostumuzdur. Mən universitet rektoruyam, burda Azərbaycandan çoxlu tələbələr təhsil alır. Hər biri çox savadlı gənclərdir. Bizim mədəniyyətimiz gözəldir, zəngin tariximiz var”.

Rektor Azərbaycan-Özbəkistan dostluğunun türk dünyası üçün də önəmini vurğulayıb: “Azərbaycan Prezidentinin səfəri mühüm əhəmiyyət kəsb edir. Bu səfər təkcə türk dünyasında deyil, geniş regionda, Avropada da diqqətlə izlənildi. Bizim münasibətlərimiz digər dövlətlər üçün nümunədir. Hesab edirəm ki, bu, digər xalqların da nümunə götürməyə can atacağı möhtəşəm bir örnək – ideal bir modeldir”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Avqust 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri