Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan: Qarşılıqlı əlaqələrin yüksək dinamikası

Azərbaycan Özbəkistan: Qarşılıqlı əlaqələrin yüksək dinamikası

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda Azərbaycan-Özbəkistan Ekspert Şurasının II iclası keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutu (ISMI) tərəfindən birgə təşkil olunan tədbirin əsas mövzusu “Azərbaycan və Özbəkistan: qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri” olub.

Azərbaycanla Özbəkistanın münasibətləri xalqların, cəmiyyətlərin tarixi bağlılığına, oxşar ənənələrə və milli-mənəvi dəyərlərə əsaslanır. Bu gün hər iki dövlət, şəxsən prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev tarixə əsaslanmaqla qarşılıqlı maraqlar əsasında qurulan əlaqələrin dərinləşməsinə güclü siyasi iradə göstərirlər. Bakıda Azərbaycan-Özbəkistan Ekspert Şurasının II iclasının uğurla baş tutması həm də o reallığı ortaya qoyur ki, iki dövlətin daha da yaxınlaşmasına, regional və qlobal səviyyədə fəaliyyətlərini uzlaşdırmasına cəmiyyətlər səviyyəsində də böyük istək var. Bunu tədbir çərçivəsində həm Azərbaycandan, həm də Özbəkistandan olan analitiklərin səsləndirdikləri fikirlər bir daha əyani şəkildə təsdiqləyir.

Regional və beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış edən iki dost dövlət

Azərbaycan-Özbəkistan Ekspert Şurasının II iclasında iki ölkə arasında qarşılıqlı əlaqələrin yüksək dinamikaya malik olmasına və bunun xalqlarımzın mənafeyinə xidmət etdiyinə xüsusi diqqət çəkilib. BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev çıxışında Azərbaycan və Özbəkistan arasında dərin tarixi bağlara və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin sürətli inkişafına diqqət çəkərək, iki ölkənin regional və beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış etdiyini, qlobal platformalardakı səmərəli ortaq fəaliyyətini vurğulayıb: “Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə prinsipial dəstək ifadə edən, qazanılan Qələbəyə görə ilk təbrik ünvanlayan ölkələrdəndir. Özbəkistan təkcə sözdə deyil, praktiki olaraq dəstəyini bildirib. Belə ki, azad edilmiş torpaqlarda - Füzuli şəhərində Özbəkistanın maliyyə dəstəyi ilə tikilən müasir məktəb bu dəstəyin sübutudur”, - deyə o qeyd edib.

Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripov son illərdə dövlət başçılarının siyasi iradəsi nəticəsində ölkələrimizin ikitərəfli əməkdaşlığının strateji səviyyəyə çatdığını deyib: “Ölkələrimiz üçün təkcə ikitərəfli əməkdaşlıq deyil, həm də “Mərkəzi Asiya - Cənubi Qafqaz” formatında regional əlaqələrin fəallaşdırılması üçün perspektivlər açılır. Özbəkistan və Azərbaycan bu əməkdaşlığın inkişafına yön verə biləcək lokomotivə çevrilə bilər”.

Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.

İndiyədək Azərbaycan və Özbəkistan bütün təzyiqləri dəf edərək, bütün sınaqlardan çıxaraq öz aralarında yüksək etimad mühiti formalaşdırmağa nail olublar. Burada, heç şübhəsiz ki, liderlərin şəxsi nümunələrini, onların dostluq münasibətlərinin, müxtəlif səviyyələrdə təmasların artmasının rolunu xüsusi vurğulamaq lazımdır. Dövlət başçıları tez-tez qarşılıqlı səfərlər edirlər. Bir qayda olaraq İlham Əliyev Özbəkistanda, Şavkat Mirziyoyev isə Azərbaycanda əziz qonaq kimi qarşılanırlar və onlar məmnuniyyətlə bildirirlər ki, bu səfərlər zamanı özlərini evlərindəki kimi hiss edirlər..

Azərbaycan və Özbəkistan liderlərinin əlaqələri yalnız ikitərəfli dialoqla məhdudlaşmır. Qeyd olunduğu kimi, liderlər beynəlxalq tədbirlərdə və çoxtərəfli platformalarda da tez-tez bir araya gəlirlər. Son vaxtlarda isə Türk Dövlətləri Təşkilatı (TDT) daha səmərəli əməkdaşlıq platforması qismində çıxş edir. Artan əhaliyə, zəngin resurslara, geniş coğrafiyaya malik olan Türk dünyası böyük inkişaf perspektivlərinə malikdir. Diqqətəlayiq haldır ki, Azərbaycan və Özbəkistan bu təşkilat daxilində əlaqələrin möhkəmlənməsinə, onun funksionallığının artmasına güclü siyasi iradə ortaya qoyur və real töhfələr verirlər. Qeyd edək ki, Azərbaycan və Özbəkistan liderləri Türk Dövlətləri Təşkilatı formatında son olaraqTDT-nın bir qədər bundan əvvəl Macarıstanda baş tutan qeyri-formal Zirvə görüşündə bir araya gəliblər.

Daha da möhkəmlənən müttəfiqlik münasibətləri

Belə intensiv təmaslar son nəticədə dövlətlərarası münasibətlərin dinamikasına güclü təkan verir, qarşılıqlı inamı daha da artırır. Artan inamın nəticəsidir ki, iki ölkənin münasibətlərində böyük uğurlar əldə olunub. Məmnunluq hissi ilə vurğulamaq istərdik ki, bu günədək razılaşmaların heç biri kağız üzərində qalmayıb. İndiyədək iki ölkə arasında çoxvektorlu əməkdaşlığın təməlində dayanan əsas siyasi sənəd “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” idi. Prezident İlham Əliyevin ötən ilin avqust ayında Özbəkistana baş tutan  səfəri çərçivəsində isə dövlət başçıları  “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladılar. Onlar həmçinin  “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul ediblər.

Beləliklə, Azərbaycan və Özbəkistan rəsmən müttəfiq dövlətlər olublar. Dünya miqyasında müttəfiqlərimizin sayının artması Azərbaycan diplomatiyasının böyük uğurudur. Xatırladaq ki, Azərbaycanla Türkiyə və Rusiya arasında müttəfiqlik münasibətləri mövcuddur, ölkəmiz həmçinin Çinlə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Dost  Özbəkistan da bu sırada yer alır.

Bəhs olunan iclasda  Özbəkistanın səfiri Baxrom Aşrafxanov siyasi-diplomatik, iqtisadi və mədəni sahələrdə dinamik inkişaf edən əlaqələrə və onların müqavilə-hüquq bazasına diqqət çəkib. “Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı Özbəkistanın əsas xarici siyasət prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində aparılan genişmiqyaslı islahatlar göz önündədir”, - deyə o bildirib.

Ekspert Şurası çərçivəsində “Özbəkistan və Azərbaycanın çoxşaxəli əməkdaşlığının genişləndirilməsi: aqrosənaye əməkdaşlığı, “yaşıl energetika və rəqəmsallaşma” mövzusundakı müzakirələrdə Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Rəna Hümbətova, Özbəkistan Prezidenti Administrasiyası yanında İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Xəkimov, STEM araşdırmalar mərkəzinin direktoru Orxan Yolçuyev, “IT Park Uzbekistan”ın biznesin inkişafı direktoru Caxongir Racabov çıxış ediblər. Tədbirdə regional nəqliyyat dəhlizlərinin rəqəmsallaşması və dayanıqlı inkişafda oynadığı rola diqqət çəkilib. Həmçinin iştirakçılar ortaq təhsil proqramları, tələbə və tədqiqatçı mübadiləsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyun 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see248

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see210

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see210

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see182

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see145

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see142

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see140

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see138

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see137

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see130

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see128

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see128

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see126

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see125

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see124

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see124

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see121

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see121

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see120

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri