Icma.az
close
up
RU
Qarşılıqlı əlaqələrin dərinləşdirilməsi

Qarşılıqlı əlaqələrin dərinləşdirilməsi

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə türk dövlətlərinin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin Budapeştdə keçirilən Zirvə görüşündəki çıxışı bu birliyin fəlsəfəsini, konturlarını və gələcək planlarını aydın şəkildə təqdim etdi. Əslində bu çıxış, türk birliyi konsepsiyasının müasir siyasi platformadakı təzahürüdür. Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən də mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artır.

Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan türkdilli ölkələr arasında daha sıx əlaqələri gücləndirmək məqsədi daşıyan strateji təşəbbüsə rəhbərlik edir. Türk Dövlətləri Təşkilatı (TDT) ətrafında cərəyan edən bu təşəbbüs təkcə regional əməkdaşlıq deyil, vahid türk dünyasını yaratmaq üçün uzaqgörən səydir. 2009-cu ildə Naxçıvan Sazişi ilə əsası qoyulan TDT sürətlə öz üzvləri arasında qarşılıqlı etimadı, sülhü və rifahı təşviq etmək üçün dinamik foruma çevrilib. Budapeştdə keçirilən Zirvə görüşündə qəbul edilən Bəyannamə Türk Dövlətləri Təşkilatının qarşıdakı mərhələdə fəaliyyət istiqamətlərini əhatə edən strateji sənəd kimi dəyərləndirilir. Bəyannamədə TDT Katibliyinin büdcəsinin əhəmiyyətli dərəcədə artırılması təklifi dəstəklənib. Bu, təşkilatın institusional cəhətdən güclənməsinə və effektiv fəaliyyətinə töhfə verəcək.
Prezident İlham Əliyev çıxışı zamanı türk dövlətləri arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm məsələlərə toxunub. Dövlətimizin başçısı nəqliyyat sahəsində Azərbaycanın oynadığı strateji rolu xüsusi vurğulayıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olan Azərbaycan türk dövlətləri üçün mühüm tranzit və logistika xidmətləri göstərməkdədir. Bu imkanlar region ölkələrinin Avropa və Asiyaya çıxışında körpü rolunu oynayır.
Zirvə görüşündə Prezident İlham Əliyevin vurğuladığı məsələlərdən biri də Azərbaycanın 2024-cü ilin noyabrında COP29 qlobal iqlim konfransına ev sahibliyi etməsi oldu. Konfransda 197 ölkənin iştirakı, 70 dövlət və hökumət başçısının olması Azərbaycanın qlobal səviyyədə nüfuzunu və təşəbbüskarlığının təsdiqidir.
Azərbaycan Türk Dövlətləri Təşkilatındakı nüfuzunu, liderlik potensialını və regional sabitlikdə rolunu aydın şəkildə ortaya qoyur. Digər dövlətlərin rəhbərləri Azərbaycanın təşəbbüskar və əlaqələndirici rolunu dəstəkləyərək, birlikdə daha geniş və dərin əməkdaşlıq perspektivlərinə işarə edir. Zirvə görüşü Türk Dövlətləri Təşkilatının inteqrasiya proseslərini sürətləndirmək, institusional gücünü artırmaq və strateji təşəbbüsləri birgə reallaşdırmaq baxımından mühüm hadisə kimi yadda qalacaq.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see482

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see466

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see391

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see384

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see360

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see353

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see344

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see343

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see340

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see318

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see292

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see289

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see263

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see239

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see235

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see232

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see212

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see198

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri