Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan: təhsil əməkdaşlığından ortaq elmi mühitə doğru

Azərbaycan Özbəkistan: təhsil əməkdaşlığından ortaq elmi mühitə doğru

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan-Özbəkistan münasibətləri son illərdə bütün istiqamətlər üzrə dinamik inkişaf edir. Bu prosesdə elm və təhsil sahəsində əməkdaşlıq xüsusi yer tutur. İki ölkənin universitetləri arasında birbaşa əlaqələrin genişlənməsi, tələbə və müəllim mübadiləsinin inkişaf etdirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi Azərbaycan və Özbəkistan arasında gələcəyə hesablanmış tərəfdaşlığın mühüm istiqamətlərindəndir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib. Ekspert bildirib ki, təhsil əməkdaşlığının əhəmiyyəti yalnız mövcud əlaqələrin inkişafı ilə məhdudlaşmır. Bu əməkdaşlıq, eyni zamanda, iki qardaş ölkənin gələcək münasibətlərinin daha möhkəm əsaslar üzərində qurulmasına xidmət edir.

“Azərbaycan-Özbəkistan arasında təhsil əlaqələrinin genişlənməsi strateji baxımdan böyük əhəmiyyət daşıyır. Çünki təhsil əməkdaşlığı təkcə bu günün deyil, gələcəyin münasibətlərinin formalaşmasına xidmət edir. Universitetlər arasında birbaşa əlaqələrin genişlənməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələri və akademik mobilliyə diqqətin artırılması bu baxımdan müsbət məqamdır. 2025-ci ildə Azərbaycan və Özbəkistan universitetlərinin rektorlarının ilk görüşündə 60-a yaxın əməkdaşlıq sənədinin imzalanması iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin miqyasını göstərən mühüm göstəricidir. Bu sənədlər universitetlər arasında əməkdaşlığın yalnız niyyət səviyyəsində qalmadığını, konkret tərəfdaşlıq mexanizmlərinin formalaşdırıldığını göstərir.

Azərbaycan və Özbəkistan arasında tələbə mübadiləsinin də xüsusi əhəmiyyət daşıyır. 2025–2026-cı tədris ilində 176 Azərbaycan vətəndaşının Özbəkistanda, 67 Özbəkistan vətəndaşının isə Azərbaycanda təhsil alması iki ölkə arasında qarşılıqlı akademik marağın göstəricisidir. Bu rəqəmlər qarşılıqlı marağın mövcud olduğunu göstərir. Düşünürəm ki, gələcəkdə tələbə mübadiləsinin miqyasını daha da artırmaq mümkündür. Bunun üçün tələbələrə hər iki ölkənin universitetlərində təhsil almaq, elmi layihələrdə iştirak etmək və akademik təcrübə qazanmaq üçün daha geniş imkanlar yaradılmalıdır”, – deyə ekspert əlavə edib.

Məzahir Məmmədlinin fikrincə, qarşıdakı mərhələdə əsas diqqət imzalanan əməkdaşlıq sənədlərinin real nəticələrə çevrilməsinə yönəldilməlidir. İkili diplom proqramlarının genişləndirilməsi, birgə tədqiqat mərkəzlərinin yaradılması, professor-müəllim mübadiləsinin artırılması və tələbələr üçün ortaq layihələrin həyata keçirilməsi Azərbaycan-Özbəkistan təhsil tərəfdaşlığını yeni mərhələyə yüksəldə bilər.

Elm və təhsil sahəsində əməkdaşlığın inkişafı iki ölkənin insan kapitalının gücləndirilməsi ilə yanaşı, gənclər arasında əlaqələrin möhkəmlənməsinə də mühüm təsir göstərir: “Təhsil əməkdaşlığı yalnız universitetlər və tələbələr arasında əlaqələrin qurulması demək deyil. Eyni zamanda, iki qardaş xalqın gənclərinin bir-birini daha yaxından tanımasına, ortaq elmi və intellektual mühitin formalaşmasına xidmət edir. Bu baxımdan Azərbaycan və Özbəkistan arasında təhsil əlaqələrinin inkişafı xalqlarımız arasındakı tarixi, mədəni və mənəvi yaxınlığın daha da möhkəmlənməsinə töhfə verir. Qarşıdakı illərdə Azərbaycan və Özbəkistan arasında tələbə, alim və universitetlər səviyyəsində daha sıx və nəticəyönümlü əməkdaşlıq modelinin formalaşdırılması əsas hədəflərdən biri olmalıdır. Bu istiqamətdə atılacaq addımlar həm Azərbaycan və Özbəkistanın elm və təhsil sistemlərinin inkişafına, həm də bütövlükdə Türk dünyasında akademik və elmi əlaqələrin güclənməsinə mühüm töhfə verə bilər”.

Müxbir-Nərmin Muradzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Avqust 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri