Azərbaycan parabadmintonçusu: Qazandığım qızılı xalqıma və ailə üzvlərimə və həsr edirəm
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Zlatibor, 8 aprel, Cavid Əliyev, AZƏRTAC
"Nəticəmə görə çox xoşbəxtəm".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında qızıl medal qazanan Azərbaycan parabadmintonçusu Zəhra Salmanlı deyib.
O, qazandığı qızılı Azərbaycan xalqına və ailə üzvlərinə həsr etdiyini bildirib: "Ölkəmə medal qazandırmaq əla hissdir. Yarışlara çox ciddi hazırlaşmışdıq. Məşqçilərimizin bizim üzərində əziyyəti böyükdür. Onlara bu sevinci bəxş etmək gözəl duyğudur. İnşallah, gələcək yarışlarda da medal əldə edəcəyəm".
Qeyd edək ki, Z.Salmanlı birinci mərhələdə digər azərbaycanlı idmançı İlkin Bağırzadə ilə qarşılaşıb və qalib gəlib - 21:6,21:12.İkinci raundda braziliyalı rəqibini (21:8,21:16) məğlub edən Zəhra həlledici görüşdə beninli idmançını (21:5, 21:5) üstələyərək qızıl medala sahib çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 Aprel 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















