Azərbaycan ağırlıqqaldıranı: Dünya çempionatında qazandığım gümüş medalı atama həsr edirəm
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazandığım gümüş medalı atama həsr edirəm.
"Report" xəbər verir ki, bunu Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli deyib.
İdmançı Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı qarşılanma mərasimindən sonra jurnalistlərə mundialda əldə etdiyi tarixi nailiyyət barədə danışıb:
"10 ildir ki, ağırlıqqaldırma ilə məşğulam. Bu mənim karyeramda ən ağır yarış idi. Nailiyyət əldə etdiyim üçün hədsiz sevincliyəm. İnanın, hisslərimi sözlə ifadə edə bilmirəm. Mənə bu yarışda iştitak edə bilməyim üçün öz dəstəyini göstərən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının bütün rəhbərliyinə, həmçinin Daxili İşlər Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm. May ayında iki ağır əməliyyat keçirdim. Rəhbərliyimiz və digər qurumlar mənə öz dəstəyini əsirgəmədilər".
D,Dadaşbəyli qarşıdakı yarışlara daha əzimlə hazırlaşacağını bildirib:
"Dayanmaq fikrində deyiləm. Çalışıram, hər zaman Azərbaycan bayrağını ucalara qaldırım. Növbəti məqsədim qızıl kedal qazanmaqdır".
Qeyd edək ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 183 kq nəticə ilə dördüncü olub. O, təkanlaqaldırmada 221 kq-ı ram edərək gümüş medal əldə edib. Toplam 404 kq (183+221) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada ikinci yeri tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 16 Dekabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















