Icma.az
close
up
RU
Azərbaycan paralimpiyaçısı: “Aktaudakı turnir bizə motivasiya və təcrübə qazandırdı”

Azərbaycan paralimpiyaçısı: “Aktaudakı turnir bizə motivasiya və təcrübə qazandırdı”

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnir Azərbaycanın boccia üzrə paralimpiyaçılardan ibarət komandasına böyük təcrübə və motivasiya qazandırıb.

Millinin üzvü Sona Ağayeva yarışla bağlı fikirlərini bölüşüb:

“Turnir çox yaxşı keçdi. Həm təşkilatçılıq baxımından, həm də oyunçulara olan münasibət çox gözəl idi. Hiss olunurdu ki, hər kəs bu idmanı sevir və boccia ailəsi getdikcə böyüyür. Bu, bizim komanda olaraq ikinci beynəlxalq yarışımız idi, bir-birimizə inanırdıq. Nəticələr də bu inamın göstəricisi oldu. Məncə, bu yarış bizə təkcə medallar yox, həm də böyük təcrübə və motivasiya qazandırdır. Bu uğurlar təkcə bizim deyil. Yanımızda olan məşqçi heyətimizə xüsusi təşəkkürümü bildirirəm. Onların səbrinə, dəstəyinə, bəzən bir baxışla bizə “bacararsan” dediyi o gücə görə minnətdaram. Onlar olmasa, bu nəticələr də əldə olunmazdı”, - deyə “Report”a açıqlamasında deyib.

O, qarşıdakı hədəflərdən də söz açıb: “İndi baxışlarımızı gələcəyə yönəltmişik. Əminəm ki, həm fərdi, həm də komanda şəklində sözümüzü deyəcəyik. Tək hədəfimiz 2028-ci ildə keçiriləcək paralimpiadada ölkəmizi layiqincə təmsil etməkdir. Həm özümə, həm də bütün komanda yoldaşlarıma uğurlar arzulayıram. Hər yarış yeni bir addımdır və biz bu addımları inamla atırıq”.

Qeyd edək ki, Aktauda keçirilən yarışda Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazanıblar. Bundan əlavə, qoşa yarışlarda Zaur Veysəlov və Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu isə BC1 və BC2 qarışıq kateqoriyalarında qızıl mükafata sahib çıxıblar.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Oktyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri