Azərbaycan parlamenti “Daxili qoşunlar haqqında” yeni qanun layihəsini qəbul edib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Məclisin bu gün keçirilən iclasında “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
APA xəbər verir ki, “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan Respublikası daxili qoşunlarının fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin, daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edəcək.
Layihəyə əsasən, daxili qoşunlarda mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
Layihəyə əsasən, daxili qoşunların xidməti fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə verilir.
Bu Qanun qüvvəyə mindiyi gündən "Daxili qoşunların statusu haqqında" qanun ləğv ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 09 Dekabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















