Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının növbəti görüşü keçirilib
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının (ATİEA) illik ümumi yığıncağı baş tutub. Tədbir çərçivəsində Assosiasiyanın idarəetmə strukturunun yenilənməsi, taxıl sektorunda mövcud vəziyyətin qiymətləndirilməsi və qarşıdakı dövr üçün əsas fəaliyyət prioritetləri müzakirə edilib.
525.az xəbər verir ki, görüşdə taxıl istehsalı və emalı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbər və nümayəndələri bir araya gələrək sektorun qarşılaşdığı əsas çağırışları, mövcud və gələcək bazar tendensiyalarını, logistika məsələləri, eləcə də dayanıqlı inkişaf perspektivlərini əhatə edən geniş fikir mübadiləsi aparıblar.
ATİEA-nın sədri Niyazi Əmirbəyov çıxışında ərzaq təminatının ölkənin sosial-iqtisadi inkişafında mühüm strateji rol oynadığını qeyd edib. O vurğulayıb ki, bu sahədə uzunmüddətli və səmərəli nəticələr yalnız dövlət və özəl sektor arasında koordinasiyalı əməkdaşlıq şəraitində mümkündür və Assosiasiya bu prosesdə fəal rolunu davam etdirəcək.
Yığıncağın əsas mövzularından biri də Assosiasiyanın İdarə Heyətinin tərkibinin yenilənməsi olub. Aparılan səsvermə nəticəsində idarəetmə strukturunda dəyişikliklər təsdiqlənib və İdarə Heyətinə yeni üzvlər seçilib.
Assosiasiyanın növbəti mərhələ üzrə strateji prioritetləri ölkədə qida təminatının gücləndirilməsi, ixrac potensialının artırılması və ATİEA-nın etibarlı əməkdaşlıq platforması kimi mövqeyinin möhkəmləndirilməsini əhatə edir.
Tədbirin sonunda üzvlər tərəfindən irəli sürülən təkliflər və mövcud problemlər ətrafında geniş müzakirələr aparılıb, onların həlli istiqamətində müvafiq qərarlar qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 15 Yanvar 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















