Icma.az
close
up
RU
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi

Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısının nitqi qarşılıqlı dostluq, əməkdaşlıq və birliyin möhkəmləndirilməsi ruhunda səslənib. Prezident çıxışında Azərbaycan ilə Tacikistan arasında münasibətlərin yüksək səviyyəsini, MDB məkanında humanitar və mədəni əlaqələrin əhəmiyyətini, həmçinin Azərbaycanın son illərdə bu istiqamətdə həyata keçirdiyi təşəbbüsləri vurğulayıb.

Prezident İlham Əliyev çıxışının əvvəlində qardaş Tacikistan xalqını və Prezident Emoməli Rəhmonu ölkənin sosial-iqtisadi inkişafı, şəhərsalma sahəsində əldə etdiyi uğurlar münasibətilə təbrik edib. O bildirib ki, Düşənbəyə etdiyi səfərlər zamanı paytaxtın necə sürətlə dəyişdiyini, yeni binaların və müasir infrastrukturun yaradıldığını görmək Azərbaycan xalqını və dövlətini dost kimi sevindirir. “Düşənbənin ildən-ilə daha da gözəlləşdiyini müşahidə etmək məmnunluq doğurur” – deyə Prezident qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Tacikistanı bir çox ortaq dəyərlər, tarixi və mədəni bağlar birləşdirir. Bu dostluq münasibətləri qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərinə əsaslanaraq, son illərdə daha da möhkəmlənib. Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlıq getdikcə genişlənir və bu münasibətlər böyük inkişaf potensialına malikdir.

Prezident İlham Əliyev MDB məkanında humanitar əməkdaşlığın gücləndirilməsinin vacibliyini də diqqətə çatdırıb. O, Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinə verdikləri dəstəyə görə bütün üzv dövlətlərin başçılarına təşəkkürünü ifadə edib. Prezident xatırladıb ki, bu ilin iyun ayında Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi yüksək səviyyədə keçirilib. Tədbir çərçivəsində qonaqlar Azərbaycanın qədim torpağının tarixini, zəngin mədəni irsini, həmçinin Laçının işğaldan azad edildikdən sonra keçdiyi bərpa və yenidənqurma yolunu yaxından müşahidə ediblər.

Dövlət başçısı vurğulayıb ki, 30 illik işğaldan tamamilə dağıdılmış Laçının qısa müddət ərzində müasir infrastrukturla təchiz olunmuş, abad və yaşayış üçün rahat şəhərə çevrilməsi Azərbaycanın gücünü, quruculuq əzmini və yenidənqurma potensialını nümayiş etdirir: “Bu gün Laçın təkcə Azərbaycanın deyil, bütün MDB məkanının mədəniyyət və dirçəliş simvollarından birinə çevrilib”.

Prezident çıxışında həmçinin birliyin həyatında önəmli hadisələrdən biri olan III MDB Oyunlarına da toxunub. O, bildirib ki, sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində və Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirilən oyunlar MDB ölkələri arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verib.

Prezident İlham Əliyev qeyd edib ki, bu mötəbər yarışda 13 ölkədən, o cümlədən MDB üzvləri və qonaq dövlətlərdən 1600-dən çox idmançı iştirak edib. Oyunlar təkcə idman bayramı deyil, həm də xalqlar arasında birliyin, dostluğun və qarşılıqlı hörmətin təcəssümü olub. Dövlət başçısı vurğulayıb ki, bu kimi tədbirlər MDB məkanında əməkdaşlıq ruhunu gücləndirir, gənc nəsildə birlik, dostluq və həmrəylik dəyərlərini möhkəmləndirir. Bildirib ki, Azərbaycan bundan sonra da MDB çərçivəsində əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı etimadın və bərabərhüquqlu münasibətlərin möhkəmləndirilməsinə sadiq qalacaq. O, regionda sülhün, sabitliyin və qarşılıqlı hörmətin təmin olunmasının birliyin əsas məqsədlərindən biri olduğunu vurğulayıb.

Dövlət başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan MDB ailəsinin fəal və etibarlı üzvü olaraq, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığa mühüm töhfə verir və birliyin inkişafına daim dəstək göstərir.

Səkinə Abbasova
Xırdalan şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://missiya.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri