Icma.az
close
up
RU
Azərbaycan Prezidentindən Ermənistan və havadarlarına mühüm mesajlar: Qərbin oxları daşa dəyir

Azərbaycan Prezidentindən Ermənistan və havadarlarına mühüm mesajlar: Qərbin oxları daşa dəyir

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İkinci Qarabağ müharibəsi və birgünlük antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Azərbaycan öz qələbəsi və ərazi bütövlüyünü təmin etməsi nəticəsində regionda oyun qaydalarını dəyişdi.

Prezident İlham Əliyevin 2024-cü il noyabrın 8-də Zəfər Günündə çıxışı zamanı səsləndirdiyi fikirlər də bu baxımdan səciyyəvidir. Belə ki, ölkə rəhbəri nitqində bir çox mühüm məqamlara diqqət çəkdi.

Dövlət başçısının çıxışında əsas istiqamətlərdən biri məhz bölgə ilə bağlı idi. Belə ki, o bildirdi ki, bu gün bölgədəki yeni durumla barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Onlar bu ölkəni faktiki olaraq yeni müharibəyə hazırlayırlar. Bunun ən bariz nümunələrindən biri Ermənistanın sürətlə silahlandırılmasıdır.

Doğrudur, hər bir dövlətin öz müdafiəsi və təhlükəsizliyi naminə silah almaq hüququ var. Amma Ermənistanla bağlı məsələ fərqlidir. Belə ki, Fransa kimi Qərb dövlətləri rəsmi İrəvanı silahlandırmaqla onu özlərindən asılı vəziyyətə salırlar. Sonra isə "ev tapşırıqları"nı verirlər.

Diqqətçəkən məqam budur ki, Ermənistan Azərbaycanla sülh sazişi istiqamətində ləng addımlar atır. Rəsmi İrəvan dildə sülh istədiyini desə də, əməldə ciddi, səmərəli addımlar atmır. Belə ki, Azərbaycanın tələblərinə uyğun olaraq, Ermənistanın ərazi iddialarından əl çəkməsi və bunu konstitusiya səviyyəsində təsbit etməsi sülh sazişinin imzalanması üçün həlledici addım ola bilər. Amma rəsmi İrəvan hələ ki buna getmir. Düşünmək olar ki, Ermənistanın konstitusiya ilə bağlı dəyişiklik haqqında düşünməməsi həm də Qərbin təzyiq və təsirinin nəticəsidir.

Bu baxımdan, deyə bilərik ki, bir sıra Qərb dövlətləri Fransanı silahlandırmaqla, əslində, faktiki olaraq Cənubi Qafqaza müdaxilə edir, regiondakı nizamı pozmaq istəyirlər.

Əlbəttə, Ermənistanın arxasında dayanan yeganə güc Fransa deyil. ABŞ, daha dəqiq desək, Demokratlar və Cozef Bayden administrasiyası da bu məsələdə mühüm rol oynayırlar. Xatırladaq ki, bu ilin iyun ayında Ermənistan və ABŞ arasındakı Strateji Dialoqun yekun iclasının birgə bəyanatında göstərildi ki, tərəflər arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırılacaq. Əslində, bu, Vaşinqtonun İrəvan üzərindəki təsir imkanlarını artırmaq və beləliklə regiona çox müdaxilə edə bilmək cəhdidir.

Bundan başqa, aprelin 5-də Belçikanın paytaxtı Brüsseldə, ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan nümayəndələri arasında görüş keçirildi. Beləliklə, Qərb Ermənistanla birlikdə faktiki olaraq hərbi pakt yaratdı. Həmin hadisədən sonra bölgədə vəziyyətin yenidən gərginləşməsi bir daha Qərbin regionla bağlı destruktiv mövqeyini ortaya qoydu.

Bölgədəki yeni reallıqları qəbul etmək istəməyən Qərb dövlətləri Ermənistanın arxasında durmağa davam edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi bəzi Qərb havadarları Ermənistandan "sülh göyərçini" düzəltmək istəyirlər: "Sanki bu 30 illik işğal, dağıntılar, vəhşilik, Xocalı soyqırımı olmayıb".

Hazırkı mövcud mənzərə onu deməyə əsas verir ki, Ermənistan məhz Fransa və ABŞ kimi dövlətlərin də təsiri ilə bu gün özünü sülhpərvər kimi təqdim etməyə çalışır. Ermənistan baş naziri Nikol Paşinyanın, xarici işlər naziri Ararat Mirzoyanın zaman-zaman sülh haqqında səsləndirdiyi bəyanatlar belə düşünməyə əsas verir. Qarşı tərəf belə rəy yaratmağa çalışır ki, guya sülhdən yayınan Azərbaycandır. Halbuki, rəsmi Bakı məntiqli və ədalətli şəkildə İrəvanın ərazi iddialarından əl çəkməsini tələb edir. Ermənistanın konstitusiya dəyişikliyindən danışmadan özünü sülhpərvər kimi göstərməsi manipulyasiya cəhdindən başqa bir şey deyil.

Bayden administrasiyası həmişə ermənipərəst mövqeyi ilə seçilib. Bu, özünü həm İkinci Qarabağ müharibəsindən əvvəl, həm də sonra aydın göstərib. Belə ki, Demokratların hakimiyyəti dövründə qondarma erməni soyqırımı tanınıb, ədalətsiz, Azərbaycanı birbaşa yardımı qadağan edən 907-ci düzəliş bərpa edilib, ABŞ-nin anti- Azərbaycan siyasəti ən pik həddə çatıb. Həmçinin, Ermənistanı, Fransanı, hətta Hindistanı belə Azərbaycana qarşı yönəldən məhz Bayden administrasiyası olub.

Maraqlıdır ki, müxtəlif regionlarda, o cümlədən Şərqi Avropada, Yaxın Şərqdə müharibəyə səbəb olan, bütün imkanları ilə Cənubi Qafqazda yeni gərginlik yaratmağa çalışan ABŞ-nin özündə daxili siyasi vəziyyət heç də yaxşı deyil. Bayden dövründə nə əhalinin sosial durumu yaxşılaşdı, nə də iqtisadiyyatda irəliləmə oldu. Əksinə, vəziyyət daha da pisləşdi. Bunun nəticəsidir ki, bu günlərdə keçirilən növbəti prezident seçkisində keçmiş dövlət başçısı Donald Trampın timsalında Respublikaçılar yenidən hakimiyyətə gəldilər, Bayden xalqın qərarı ilə hakimiyyətdən uzaqlaşdırıldı. Düşünmək olar ki, bundan sonra ABŞ-nin digər regionlar kimi, Cənubi Qafqazla bağlı siyasətində də müsbət istiqamətdə dəyişiklik olacaq.

Ümumiyyətlə, Azərbaycanı hədəf seçənlər bilməlidirlər ki, rəsmi Bakı ilə təzyiq dilində danışmaq olmaz. Bu, bir neçə dəfə sübut olunub: Azərbaycanla təzyiq ritorikası, adətən, bumeranq effekti verir. Odur ki, Prezident İlham Əliyevin çıxışında bir daha xatırlatdığı kimi, havadarları Ermənistanı silahlandırma siyasətindən əl çəkməli, buna son qoymalıdır. İkinci Qarabağ müharibəsi nəticəsində Qərb dövlətləri gördülər ki, Ermənistanın Azərbaycana qarşı silahlandırılması heç bir nəticə vermir. Uduzan Ermənistan, itirən Qərb olur. Bu baxımdan, Fransa kimi dövlətlər Cənubi Qafqazda olmaq istəyirlərsə, bölgənin əsas oyunçusu olan Azərbaycanla münasibətləri pisləşdirmək əvəzinə, inkişaf etdirməyə çalışmalıdırlar.

"Report" İnformasiya Agentliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri