Icma.az
close
up
RU
Azərbaycan Prezidentindən Ermənistan və havadarlarına mühüm mesajlar Yeni Sabah

Azərbaycan Prezidentindən Ermənistan və havadarlarına mühüm mesajlar Yeni Sabah

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İkinci Qarabağ müharibəsi və birgünlük antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Azərbaycan öz qələbəsi və ərazi bütövlüyünü təmin etməsi nəticəsində regionda oyun qaydalarını dəyişdi.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyevin 2024-cü il noyabrın 8-də Zəfər Günündə çıxışı zamanı səsləndirdiyi fikirlər də bu baxımdan səciyyəvidir. Belə ki, ölkə rəhbəri nitqində bir çox mühüm məqamlara diqqət çəkdi.

Dövlət başçısının çıxışında əsas istiqamətlərdən biri məhz bölgə ilə bağlı idi. Belə ki, o, bildirdi ki, bu gün bölgədəki yeni durumla barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Onlar bu ölkəni faktiki olaraq yeni müharibəyə hazırlayırlar. Bunun ən bariz nümunələrindən biri Ermənistanın sürətlə silahlandırılmasıdır.

Doğrudur, hər bir dövlətin öz müdafiəsi və təhlükəsizliyi naminə silah almaq hüququ var. Amma Ermənistanla bağlı məsələ fərqlidir. Belə ki, Fransa kimi Qərb dövlətləri rəsmi İrəvanı silahlandırmaqla onu özlərindən asılı vəziyyətə salırlar. Sonra isə "ev tapşırıqlarını" verirlər.

Diqqətçəkən məqam budur ki, Ermənistan Azərbaycanla sülh sazişi istiqamətində ləng addımlar atır. Rəsmi İrəvan dildə sülh istədiyini desə də, əməldə ciddi, səmərəli addımlar atmır. Belə ki, Azərbaycanın tələblərinə uyğun olaraq Ermənistanın ərazi iddialarından əl çəkməsi və bunu konstitusiya səviyyəsində təsbit etməsi sülh sazişinin imzalanması üçün həlledici addım ola bilər. Amma rəsmi İrəvan hələ ki, buna getmir. Düşünmək olar ki, Ermənistanın konstitusiya ilə bağlı dəyişiklik haqqında düşünməməsi həm də Qərbin təzyiq və təsirinin nəticəsidir.

Bu baxımdan deyə bilərik ki, bir sıra Qərb dövlətləri Fransanı silahlandırmaqla əslində faktiki olaraq Cənubi Qafqaza müdaxilə edir, regiondakı nizamı pozmaq istəyirlər.

Əlbəttə, Ermənistanın arxasında dayanan yeganə güc Fransa deyil. ABŞ, daha dəqiq desək, Demokratlar və Cozef Bayden administrasiyası da bu məsələdə mühüm rol oynayırlar. Xatırladaq ki, bu ilin iyun ayında Ermənistan və ABŞ arasındakı Strateji Dialoqun yekun iclasının birgə bəyanatında göstərildi ki, tərəflər arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırılacaq. Əslində, bu, Vaşinqtonun İrəvan üzərindəki təsir imkanlarını artırmaq və beləliklə regiona çox müdaxilə edə bilmək cəhdidir.

Bundan başqa, aprelin 5-də Belçikanın paytaxtı Brüsseldə, ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan nümayəndələri arasında görüş keçirildi. Beləliklə, Qərb Ermənistanla birlikdə faktiki olaraq hərbi pakt yaratdı. Həmin hadisədən sonra bölgədə vəziyyətin yenidən gərginləşməsi bir daha Qərbin regionla bağlı destruktiv mövqeyini ortaya qoydu.

Bölgədəki yeni reallıqları qəbul etmək istəməyən Qərb dövlətləri Ermənistanın arxasında durmağa davam edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi bəzi Qərb havadarları Ermənistandan "sülh göyərçini" düzəltmək istəyirlər: "Sanki bu 30 illik işğal, dağıntılar, vəhşilik, Xocalı soyqırımı olmayıb".

Hazırkı mövcud mənzərə onu deməyə əsas verir ki, Ermənistan məhz Fransa və ABŞ kimi dövlətlərin də təsiri ilə bu gün özünü sülhpərvər kimi təqdim etməyə çalışır. Ermənistan baş naziri Nikol Paşinyanın, xarici işlər naziri Ararat Mirzoyanın zaman - zaman sülh haqqında səsləndirdiyi bəyanatlar belə düşünməyə əsas verir. Qarşı tərəf belə rəy yaratmağa çalışır ki, guya sülhdən yayınan Azərbaycandır. Halbuki rəsmi Bakı məntiqli və ədalətli şəkildə İrəvanın ərazi iddialarından əl çəkməsini tələb edir. Ermənistanın konstitusiya dəyişikliyindən danışmadan özünü sülhpərvər kimi göstərməsi manipulyasiya cəhdindən başqa bir şey deyil.

Bayden administrasiyası həmişə ermənipərəst mövqeyi ilə seçilib. Bu, özünü həm İkinci Qarabağ müharibəsindən əvvəl, həm də sonra aydın göstərib. Belə ki, Demokratların hakimiyyəti dövründə qondarma erməni soyqırımı tanınıb, ədalətsiz, Azərbaycanı birbaşa yardımı qadağan edən 907-ci düzəliş bərpa edildi, ABŞ-nin anti- Azərbaycan siyasəti ən pik həddə çatdı. Həmçinin Ermənistanı, Fransanı, hətta Hindistanı belə Azərbaycana qarşı yönəldən məhz Bayden administrasiyası olub.

Maraqlıdır ki, müxtəlif regionlarda, o cümlədən Şərqi Avropada, Yaxın Şərqdə müharibəyə səbəb olan, bütün imkanları ilə Cənubi Qafqazda yeni gərginlik yaratmağa çalışan ABŞ-nin özündə daxili siyasi vəziyyət heç də yaxşı deyil. Bayden dövründə nə əhalinin sosial durumu yaxşılaşdı, nə də iqtisadiyyatda irəliləmə oldu. Əksinə, vəziyyət daha da pisləşdi. Bunun nəticəsidir ki, bu günlərdə keçirilən növbəti prezident seçkilərində keçmiş dövlət başçısı Donald Trampın timsalında Respublikaçılar yenidən hakimiyyətə gəldilər, Bayden xalqın qərarı ilə hakimiyyətdən uzaqlaşdırıldı. Düşünmək olar ki, bundan sonra ABŞ-nin digər regionlar kimi, Cənubi Qafqazla bağlı siyasətində də müsbət istiqamətdə dəyişiklik olacaq.

Ümumiyyətlə, Azərbaycanı hədəf seçənlər bilməlidirlər ki, rəsmi Bakı ilə təzyiq dilində danışmaq olmaz. Bu, bir neçə dəfə sübut olunub: Azərbaycanla təzyiq ritorikası adətən bumeranq effekti verir. Odur ki, Prezident İlham Əliyevin çıxışında bir daha xatırlatdığı kimi, havadarları Ermənistanı silahlandırma siyasətindən əl çəkməli, buna son qoymalıdır. İkinci Qarabağ müharibəsi nəticəsində Qərb dövlətləri gördülər ki, Ermənistanın Azərbaycana qarşı silahlandırılması heç bir nəticə vermir. Uduzan Ermənistan, itirən Qərb olur. Bu baxımdan Fransa kimi dövlətlər Cənubi Qafqazda olmaq istəyirlərsə, bölgənin əsas oyunçusu olan Azərbaycanla münasibətləri pisləşdirmək əvəzinə, inkişaf etdirməyə çalışmalıdırlar.

Report İnformasiya Agentliyi


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri