Icma.az
close
up
RU
Azərbaycan Prezidentinin düşünülmüş və qətiyyətli addımları hər zaman öz müsbət bəhrəsini verib

Azərbaycan Prezidentinin düşünülmüş və qətiyyətli addımları hər zaman öz müsbət bəhrəsini verib

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


8 avqust 2025-ci il tarixində Vaşinqtonda, Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında tarixi görüş keçirilib. Görüş zamanı uzun illər davam edən Azərbaycan–Ermənistan münaqişəsinə son qoymaq məqsədilə sülh sazişi imzalanıb. Sazişə əsasən, hər iki ölkə diplomatik əlaqələri bərpa etməyi, silahlı qarşıdurmanı tam dayandırmağı və bir-birinin ərazi bütövlüyünü tanımağı öhdəsinə götürüb. Saziş çərçivəsində “Trump Route for International Peace and Prosperity” (TRIPP) adlanan yeni nəqliyyat dəhlizi yaradılacaq. Bu dəhliz Azərbaycan ilə Naxçıvanı birləşdirəcək və regionda ticarət, enerji və kommunikasiya xətlərinin keçidi üçün istifadə olunacaq.
ABŞ-a bu marşrutda 99 illik infrastruktur və inkişaf hüquqları verilib. ABŞ bu razılaşmada həm iqtisadi tərəfdaş, həm də təhlükəsizlik zəmanətçisi kimi çıxış edəcək. Həmçinin bölgədə yeni siyasi balans da yarancaq. Belə ki Rusiya və digər regional güclərin təsiri azalacaq, ABŞ-ın isə Cənubi Qafqazda mövqeyi güclənəcək. Bu hadisəni regionda uzunmüddətli sülh və sabitlik üçün mühüm dönüş nöqtəsi hesab etmək olar. Çünki illərdir gözlənilən mühüm hadisə nəhayət reallaşmışdır. Azərbaycan Respublikasının Ali Baş Komandanı, möhtərəm Prezidentimizin, hər zaman düşünülmüş və qətiyyətli addımlar atan, verdiyi bütün vədlərə əməl edən, Ermənistan qarşısında irəli sürdüyü tələbləri ardıcıllıqla yerinə yetirən dövlət başçısının siyasi iradəsi və prinsipial mövqeyi öz bəhrəsini vermişdir. Bu saziş təkcə silahların susması deyil, həm də gələcəkdə daha güclü, təhlükəsiz və rifah içində bir Azərbaycan deməkdir.
Bu tarixi nailiyyət münasibətilə Azərbaycan xalqı adından cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk. Əminik ki, yaxın gələcəkdə Zəngəzur və Naxçıvanımıza birbaşa quru yolla səfər etmək imkanına sahib olacağıq.
Eyni zamanda, sülh sazişinin ilkin mərhələsində mühüm rol oynadığına görə ABŞ-ın Prezidenti Donald Trampa da təşəkkürümüzü bildiririk. Onun qısa zamanda göstərdiyi diplomatik təşəbbüslər prosesin irəliləməsinə töhfə vermişdir.
Azərbaycan xalqı sülhün, sabitliyin və təhlükəsizliyin tərəfdarıdır. Arzumuz odur ki, dünyanın hər hansı bir bölgəsində müharibə olmasın, heç bir əsgərimiz şəhid olmasın. Bu sazişin dəyəri yalnız kağızdakı imzalarla ölçülmür. Onun arxasında Azərbaycan xalqının verdiyi böyük qurbanlar, minlərlə şəhidimizin tökülən qanı, anaların, övladların axıtdığı göz yaşları dayanır. İndi atılan hər addım həm də şəhidlərimizin ruhunun rahat olması, xalqımızın qan və göz yaşı ilə yazılan tarixinin gələcəkdə təkrar olunmaması üçündür.
Buna görə də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən möhtərəm Prezidentimizlə fəxr edirik. Allah Prezidentimizə xalqımız, dövlətimiz və gələcəyimiz naminə daim qüvvət və müvəffəqiyyət bəxş etsin.
Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədrinin hüquqi işlər üzrə müavini Dürdanə Qaraşova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Avqust 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri