Icma.az
close
up
RU
“Azərbaycan Prezidentinin Vaşinqtona səfəri bölgədə yeni reallıqların əsasını qoydu” Kamaləddin Qafarov

“Azərbaycan Prezidentinin Vaşinqtona səfəri bölgədə yeni reallıqların əsasını qoydu” Kamaləddin Qafarov

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

“ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində atdığı addımlar “Ağ ev” rəhbərinin Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərpasına yüksək həssaslıqla yanaşdığını deməyə əsas verir”.

"Unikal" xəbər verir ki, bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Onun fikrincə, Prezident İlham Əliyevin Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə verdiyi bəyanatında qeyd edildiyi kimi, Prezident Tramp və onun komandası olmasaydı, bu gün Ermənistan və Azərbaycan hələ də tükənməyən danışıqlar prosesində qalardı. ““Prezident Donald Tramp Qafqaza sülh gətirir” deyən möhtərəm dövlət başçımız bununla ABŞ Prezidentinin fəaliyyətinə verdiyi yüksək dəyəri nümayiş etdirmiş oldu. Azərbaycan Prezidentinin Vaşinqtona bu səfəri Ermənistan ilə sülh sazişinin imzalanması istiqamətində atılmış həlledici addım olmaqla yanaşı, eyni zamanda, Azərbaycan-ABŞ əlaqələrinin inkişafında yeni, daha yüksək və daha səmərəli mərhələyə keçidi təmin edəcək. Azərbaycan və ABŞ prezidentləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması da bunu birmənalı olaraq təsdiq edir.”

Daha sonra millət vəkili avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin bütünlüklə Azərbaycanın maraqlarına uyğun olduğunu və bu sənədin Ermənistanla sülh sazişinin imzalanması yolunda duran son maneələrin aradan qaldırılması baxımından əhəmiyyətini vurğulayaraq deyib: “Birgə Bəyannamənin 2-ci və 3-cü bəndlərində birbaşa Azərbaycanın Ermənistanla sülh sazişini imzalaması üçün əsas şərt kimi irəli sürdüyü iki haqlı tələbin qəbul olunduğunu təsdiqləyən ifadələrin yer alması, bu sənədin ölkəmizin maraqlarına tam cavab verdiyini nümayiş etdirir. Bunlardan biri ATƏT-in Minsk qrupunun rəsmi qaydada ləğv olunması ilə bağlı tələb idi. Bəyannamənin 2-ci bəndində isə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair birgə müraciətin imzalanması təsdiqlənir. Bəyanatda ATƏT-in bütün iştirakçı dövlətlərinə bu qərarı qəbul etməyə dair çağırışı da öz əksini tapıb. Azərbaycanın təkid etdiyi digər bir məsələ də Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Birgə Bəyannamədə göstərilir ki, regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın fəaliyyəti məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edilir. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir. Diqqətəlayiq haldır ki, cənab Prezident İlham Əliyev imzalanmış Bəyannamədə “Tramp Rifah və Sülh Marşrutu” kimi adlandırılan yolun bir çox divarları yox edəcəyini, yeni əlaqələr yaradacağını və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacağını vurğulayıb. Prezident İlham Əliyevin Vaşiqton səfərinin nəticəsi kimi əldə olunmuş daha bir uğuru xüsusi qeyd etmək istəyirəm. Söhbət 33 ildən bəri Azərbaycan-ABŞ münasibətlərində qara ləkə kimi duran bədnam 907-ci düzəlişin ləğv olunmasından gedir. Dövlət başçımızın dediyi kimi, bu, tarixi bir hadisədir və onun birbaşa Azərbaycan Prezidentinin iştirakı ilə həyata keçirilməsi “Ağ ev”in ölkəmizə qarşı xoş niyyətinin aşkar nümayişi kimi qiymətləndirilməlidir”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Avqust 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri