Icma.az
close
up
RU
Azərbaycan qadını hər zaman sədaqəti, şəxsiyyəti, əxlaqı ilə digərlərinə nümunə olub

Azərbaycan qadını hər zaman sədaqəti, şəxsiyyəti, əxlaqı ilə digərlərinə nümunə olub

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycanda dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider həmişə ölkəmizdə qadın hüquqlarının yüksək səviyyədə qorunmasına, qadınlarımızın rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət yetirirdi"

Bunu Bakıvaxtı.az-a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib:

“Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar sözügedən dövlət siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalayıb. Həm dövlət komitəsinin yaradılması, həm də Fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açıb”.

Deputat bildirib ki, bu siyasət hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən də davam etdirilməkdədir:

“Dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin hər il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik də dövlətimizin başçısının zərif cinsin nümayəndələrinə diqqətinin göstəricisidir. Həyata keçirilən uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə qadın hüquqları yüksək səviyyədə qorunur, qadınlarımızın bütün strukturlarda ön sıralarda fəaliyyət göstərirlər. Azərbaycanda yaradılan əlverişli şəraitin nəticəsidir ki, bu gün qadınlarımız parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatı sektorunda, hüquq-mühafizə orqanlarında təmsil olunurlar”.

S.Salmanova söyləyib ki, Azərbaycan qadını hər zaman mərhəməti, sədaqəti, şəxsiyyəti, əxlaqı və cəsarəti ilə digərlərinə nümunə olub:

“Bu gün Azərbaycan ın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər hər birimizi qürurlandırır. Eyni zamanda ölkəmizdə qadın siyasəti ilə bağlı qanunların qəbul olunmasında Birinci vitse-prezidentimizin xüsusi oynayıb. Bundan başqa, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza söykənən və ənənələrimizi yaşadan böyük layihələrin uğurla həyata keçirilməsi, Azərbaycan qadınının mərhəmətinin, xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərinin bariz nümunəsidir”.

Müsahibimiz deyib ki, Azərbaycan qadını dövlət idarəçiliyindəki fəaliyyəti ilə yanaşı Vətənin müdafiəsində və döyüş meydanlarında böyük fədakarlıq, şücaət nümayiş etdirib: “İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində Azərbaycan qadınının göstərdiyi şücaət və qəhrəmanlıq hər bir azərbaycanlının şərəf və qürur mənbəyinə çevrilib. Azərbaycan qadınının vətənpərvərlik ruhunda tərbiyə etdiyi, böyüdüb boya başa çatdırdığı qəhrəman oğullarımız torpaqlarımızı düşmən işğalından azad etdi”.

Murad Məmmədli 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Mart 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri