Icma.az
close
up
RU
Azərbaycan qadını qəhrəmandır, qəhrəmanlar anasıdır

Azərbaycan qadını qəhrəmandır, qəhrəmanlar anasıdır

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan diyarı milli dəyərlərlə müasirliyi özündə birləşdirən unikal ölkədir. Dəyərlər qorunur, müasirliyin müsbət çalarları qəbul edilir. Belə bir cəmiyyətdə qadına olan hörmət, rəğbət tarixin dərinliklərindən gələn dəyərlərlə yoğrulmuşdursa, müasirlik və azadlıqlarla Azərbaycan qadınının özünəməxsus obrazı formalaşmışdır.

XX əsrin əvvəlindən seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını ölkəmizin demokratik dəyərlərlə inkişafında mühüm rol oynayıb. Məhz bu dövrdə kişilərin əsrlər boyu davam edən üstünlüyünə və qadınların hüquqsuzluğuna həmişəlik son qoyulub. Müstəqillik əldə etdikdən sonra Azərbaycan qadını ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib. Bu gün ölkəmizdə bütün sahələrdə qadınlar öz sələflərinin ləyaqətli davamçısı kimi cəmiyyətimizin həyatında qürurduyulası fəaliyyət göstərir, Vətənimizin parlaq sabahı uğrunda səylə çalışır. Ölkəmizin çoxcəhətli mədəni həyatını öz istedadı ilə xalqın mənəvi sərvətlərini artıran alim, müəllim, həkim, hüquqşünas, yazıçı, bəstəkar, rəssam, şair, dövlət və maarif xadimləri ziyalı qadınlarımız var. Müstəqil ölkənin yeni nəsilləri də onların diqqət və qayğısı sayəsində tərbiyə olunur.

Tariximizin bütün dövrlərində Azərbaycan qadınları Vətənimizin daha gözəl, daha zəngin olması üçün əlindən gələni əsirgəməyib, "hər şey Vətən üçün" şüarı ilə tərifə və təqdirəlayiq fədakarlıq nümunələri göstəriblər. Ölkə başçımız cənab İlham Əliyev Azərbaycan xanımlarına inamını belə ifadə edib: “İnanıram ki, qurub-yaratmaq əzmi və sosial-mədəni fəallığı ilə seçilən zəngin mənəviyyatlı Azərbaycan qadını cəmiyyətimizin həyatına bundan sonra da yüksək dəyərlər qazandıracaq, bizi qarşıda gözləyən nəhəng quruculuq dövründəki nailiyyətləri ilə müstəqillik salnaməmizə yeni parlaq səhifələr yazacaqdır.”

Bu gün Azərbaycan Respublikası tarixin ən ali, ən mütərəqqi dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfərdə qadınların əvəzsiz rolu oldu. Qarabağ uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır.

Qadın həkimlərimiz, tibb bacıları gecə-gündüz, yorulmadan ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşən əsgərlərimizə dəstək olmuş, könüllü olaraq müharibə zonasına yollanmış, yaralıların öz sağlamlıqlarını qovuşması üçün əllərindən gələni edib. Müqəddəs Şəhid zirvəsinə ucalan Salatın Əsgərova, Gültəkin Əsgərova, Arəstə Baxışova kimi xanımlar xalqın qürur mənbəyinə çevrilib. Eyni zamanda, Azərbaycan qadını qəhrəman şəhidlərin, qəhrəman qazilərin anasıdır.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Mart 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri