Icma.az
close
up
RU
“Mənim oğlum qəhrəmandır” deyərək Vətənə qəhrəmanlar yetişdirən mərd atalar unudulmadı! FOTO/VİDEO

“Mənim oğlum qəhrəmandır” deyərək Vətənə qəhrəmanlar yetişdirən mərd atalar unudulmadı! FOTO/VİDEO

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəhid atası Asif Abbasov: “Prezidentimiz hər şəhidə öz qardaşı,öz övladı kimi yanaşır, bu bizə böyük təskinlikdir”.

Cəlal Qurbanov: “Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə diqqəti, qayğısı hər birimiz üçün nümunə olmalıdır”.

Tarixi Zəfərimizin 4 –cü ildönümü ilə əlaqədar olaraq “Fire Land Group”un təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan “Mənim oğlum qəhrəmandır” layihəsinin növbəti tədbiri qələbəni bizə yaşadan igid oğulların mərd ataları üçün keçirildi. Şəhid atalarına xitabən qeyd edilən tədbirdə Azərbaycanın dörd bir yanından gələn 100-dən artıq şəhid atası iştirak edirdi. Qeyd edək ki, tədbir “Atelier 61” restoranında baş tutdu.

Təbirin aparıcılığını öz üzərinə götürən tannmış və sevilən aparıcımız Lalə Azərtaş dövlət himninin səslənməsi və şəhidlərimizin yad edilməsi ilə tədbiri açıq elan etdi. Tədbirin aparıcısı tanınmış aparıcı Lalə Azərtaş ilk olaraq bütün tədbir iştirakçılarını Zəfər Bayramı münasibətilə təbrik etdi. Daha sonra aparıcı “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində keçirilən belə bir tədbirin ilk dəfədir ki məhz şəhid ataları ilə keçirildiyini bildirildi.

Zəfər marşı səsləndikdən sonra səhnəyə çıxış üçün millət vəkili Ziyad Səmədzadə dəvət olundu. Dünyanın heç bir yerində şəhid ailələrinə Azərbaycandakı kimi diqqət, qayğı olmadığını deyən millət vəkili Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın atalarını belə övlad yetişdirdiklərinə görə xoşbəxt ata olduqlarını bildirdi. Bu Zəfərin Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin və mərd qəhrəmanlarımızın şücətinin bəhrəsi olduğunu deyən Ziyad Səmədzadə hər kəsi Zəfər Günü münasibətilə ürəkdən təbrik etdi.

Daha sonra çıxış üçün səhnəyə “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov dəvət olundu. “Bu yaxınlarda şəhid analarımızın yanında da dedim, mənim sizin qarşısınızda bir söz demək üçün haqqım yoxdur, çünki Sizin oğullarının 30 ildə heç kimin deyə bilmədiyini dedilər” – deyə təsirli sözlərlə çıxışa başlayan C. Qurbanov hər kəsi Zəfər Bayramı münasibətilə təbrik etdi. “Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə diqqəti, qayğısı hər birimiz üçün nümunə olmalıdır” – deyən Fİre Land Groupun rəhbəri şəhidlərimizlə bağlı keçirilən hər bir tədbirin Vətən qarşısında borcumuzu, məsuliyyətimizi dərk etmək üçün bir fürsət olduğunu bildirdi.

“Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihəsinin həyata keçirildiyi ilk gündən bu layihəyə dəstək olan Heydər Əliyev Fondunun rəhbəri Anar Ələkbərova, Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Dövlət Turizm Agentliyinə, , hər zaman tədbirlərdə iştirak edən millət vəkillərinə və eləcə də bu tədbirin könüllülərinə dərin minnətdarlığını bildirdi. Suraxanı və Abşeron Rayon İcra Hakimlərinin də daim şəhid ailələrini diqqətdə saxladığını vurğulayan Cəlal Qurbanov icra hakimiyyətlərinin Şəhid ailələri ilə dövlət arasında bir körpü olduğunu və bu körpünü qoruyan dövlət qurumlarını alqışladığını bildirdi.

Tədbirdə daha sonra 2 övladını şəhid verən Elşən və Xaliq Abbasovların atası Asif ata çıxış etdi. Vətən uğrunda şəhid olan övladlarının bu Vətənin də övladı olduğunu bildirən şəhid atası bütün şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini bildirdi. “Prezidentimiz hər şəhidə öz qardaşı,öz övladı kimi yanaşır, bu bizə böyük təskinlikdir”-deyən Asif ata onları ayaqda tutan məqamın məhz Ali Baş Komandanın diqqətini, qayğısını olduğunu dedi.

Tədbirin çıxışçılarından olan Suraxanı Rayon İcra Başçısı Adil Əliyev belə möhtəşəm tədbirə görə, şəhud ailələrini daim diqqətdə saxladıqlarına görə Cəlal Qurbanova təşəkkür etdi. “Biz kimliyindən asılı olmayaraq, hər birimiz bu Vətənin əsgərləriyik, ömrümüz yetənə kimi hər zaman Ali Baş Komandanın əmrilə bu xidməti yerinə yetirəcəyik” – deyən millət vəkili “Bu gün Şəhidlərimiz ruhu şaddır, çünki biz Qarabağa qayıtmışıq” deyə vurğuladı.

Qeyd edək ki, tədbirdə millət vəkillərindən Arzu Nağıyev, Məlahət İbrahimqızı, Afət Həsənova, Mehriban Vəliyeva, İlham Məmmədov da iştirak edirdi.

Tədbirin gedişatı zamanı şəhid ataları öz minnətdarlıqlarını bildirmək üçün Lalə Azərtaşa, Nazpəri Dostəliyevaya, Gülüstan Əliyevaya və millət vəkili Afət Həsənovaya gül dəstələri təqdim etdilər və onların timsalında diqqət göstərən hər kəsə təşəkkür etdilər. Şəhid atalarının bu incə hərəkətindən təsirlənən millət vəkili Afət Həsənova bu anın onun üçün ömür boyu yaddan çıxmayan hadisələr sırasında olacağını bildirərək, şəhid atalarından gül çələngi almağının onun üçün müqəddəs bir an olduğunu bildirdi. “Azərbaycan xalqı var olduqca əziz şəhidlərimiz daim anılacaq, yaddaşlarda əbədi qalacaq” – deyən Afət Həsənova şəhid atalarına dərin təşəkkürünü bildirdi.

Tədbirin bədii hissəsində tanınmış sənət nümayəndələri Zabit Nəbizadə, Gülüstan Əliyeva, Nazpəri Dostəliyeva, Mirələm Mirələmov, Kamilə Nəbiyeva, tarzən Məsim İslamov çıxışları ilə zəfərimizin səbəbkarı olan şəhidlərimizə və onların ailələrinə öz minnətdarlıqlarını ifadə etdilər.

Qeyd edək ki, artıq 4 ildir həyata keçirilən “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsinin 50-dən çox tədbirində bu vaxta kimi 2900-dan çox şəhid ailəsi iştirak edib. Tədbirlər Azərbaycanın ən görkəmli yerlərində, eləcə də Heydər Əliyev Mərkəzində, Şuşa Dövlət Qoruğunda, Yanardağ Dövlət Tarix və Mədəniyyət Qoruğunda, Şahdağ Turim Mərkəzində, Dreamland Golf Klubda, İçərişəhər Dövlət Qoruğunda, Xızı, Şəki, Oğuz, Lerik, Qəbələ kimi gözəl rayonlarımızda həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Noyabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri